Neyləyək, məsələ bitir, deyəsən,Bizdən icazəsiz ayrılır yollar.Hər yol qərq olubdur qaranlıqlara,Hər yol ayrıcında bəlkə işıq var?

Hər yol gözlərinin yanından keçir,Bəlkə işıqlandı təbəssümündən?Eh, neçə gündür ki, yol yorğunuyamHəmin təbəssümün işığında mən.

Bəlkə o işıqda görəcəyəm ki,Tale, əleyhimə gülən hakimdir.Bəlkə də güləcək talelə birgə,Həmin təbəssüm ki, mənə həkimdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе