Yüz süfrədə müftə nemət dadsan da,Yalnız əməyinə minnətdar ol sən.Arxanda qayalı dağlar da dursa,Dolu ürəyinə minnətdar ol sən.

Qalsan da illərlə sən ac-acına.Haram çarə qılma ehtiyacına.Üstü ağ çətirli qara sacına,Unlu ələyinə minnətdar ol sən.

Tapın Allah kimi sən öz gücünə,Biri yağda üzsə alma vecinə.Ayranlı süfrənə, qoyun-keçinə,Qızıl inəyinə minnətdar ol sən.

Hardasa bəslənir övlad rüşvətlə,Geyinir, bəzənir arvad rüşvətlə.Qoy keçsin onlarçün həyat rüşvətlə,Halal çörəyinə minnətdar ol sən.

Öz bağında oxşa gülün çətrini,Bil burda torpağın, suyun qədrini.Burnuna çatdırsa Vətən ətrini,Dəli küləyinə minnətdar ol sən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов