چنین گفت آن سخن‌پرداز شب‌خیزکزان آمد خلل در کار پرویز

که از شب‌ها شبی روشن چو مهتابجمال مصطفی را دید در خواب

خرامان گشته بر تازی سمندیمسلسل کرده گیسو چون کمندی

به چربی گفت با او کای جوانمردره اسلام گیر از کفر برگرد

جوابش داد تا بی‌سر نگردمازین آیین که دارم برنگردم

سوار تند از آنجا شد روانهبه تندی زد بر او یک تازیانه

ز خواب خوش چو خسرو اندر آمدچو آتش دودی از مغزش بر آمد

سه ماه از ترسناکی بود بیمارنخفتی هیچ شب ز اندوه و تیمار

یکی روز از خمار تلخ شد تیزبه خلوت گفت شیرین را که برخیز

بیا تا در جواهر خانه و گنجببینیم آنچه از خاطر برد رنج

ز عطر و جوهر و ابریشمینهبسنجیم آنچه باشد از خزینه

وزان بیمایگان را مایه بخشیمروان را زین روش پیرایه بخشیم

سوی گنجینه رفتند آن دو هم‌رایندیدند از جواهر بر زمین جای

خریطه بر خریطه بسته زنجیرز خسرو تا به کیخسرو همی گیر

چهل خانه که او را گنج دان بودیکی زان آشکارا‌، ده نهان بود

به هر گنجینه‌ای یک یک رسیدندمتاعی را که ظاهر بود دیدند

دگرها را به نُسخت راز جستندز گنجور‌ان کلید‌ش باز جستند

کلید و نسخه پیش آورد گنجورزمین از بار گوهر گشت رنجور

چو شه گنجی که پنهان بود دیدشهمان با قفل هر گنجی کلیدش

کلیدی در میان دید از زر نابچو شمعی روشن از بس رونق و تاب

ز مردم باز جست آن گنج را درکه قفل آن کلیدش نیست در بر

نشان دادند و چون آگاه شد شاهزمین را داد کندن بر نشانگاه

چو خاریدند خاک از سنگ خاراپدید آمد یکی طاق آشکارا

درو در بسته صندوقی ز مرمربر آن صندوق سنگین قفلی از زر

به فرمان شه آن در بر گشادنددرون قفل را بیرون نهادند

طلسمی یافتند از سیم سادهبر او یک‌پاره لوح از زر نهاده

بر آن لوح زر از سیم سرشتهزر اندر سیم ترکیبی نوشته

طلب کردند پیری کان فرو خواندشهنشه زان فرو خواندن فرو ماند

چو آن ترکیب را کردند خارشگزارنده چنین کردش گزارش

که شاهی کاردشیر بابکان بودبه چستی پیشوای چابکان بود

ز راز انجم و گردون خبر داشتدر احکام فلک نیکو نظر داشت

ز هفت اختر چنین آورد بیرونکه در چندین قران از دور گردون

بدین پیکر پدید آید نشانیدر اقلیم عرب صاحب قرانی

سخن گوی و دلیر و خوب کردارامین و راست عهد و راست گفتار

به معجز گوش مالد اختران رابدین خاتم بود پیغمبران را

ز ملت‌ها برآرد پادشاییبه شرع او رسد ملت خدایی

کسی را پادشاهی خویش باشدکه حکم شرع او در پیش باشد

بدو باید که دانا بگرود زودکه جنگ او زیان شد‌، صلح او سود

چو شاهنشه در آن صورت نظر کردسیاست در دل و جانش اثر کرد

به عینه گفت کاین شکل جهان‌تابسواری بود کان شب دید در خواب

چنان در کالبد جوشید جانشکه بیرون ریخت مغز از استخوانش

بپرسید از بریدان جهانگردکه در گیتی که دیده‌ست اینچنین مرد

همه گفتند کاین تمثال منظورکه دل را دیده بخشد دیده را نور

نماند جز بدان پیغمبر پاککزو در کعبه عنبر بوی شد خاک

محمد کایزد از خلقش گزید استزبانش قفل عالم را کلید است

برون شد شاه از آن گنجینه دلتنگاز آن گوهر فتاده بر سرش سنگ

چو شیرین دید شه را جوش در مغزپریشان پیکرش زان پیکر نغز

به شه گفت ای به دانایی و رادیطراز تاج و تخت کیقبادی

در این پیکر که پیش از ما نهفتندسخن دانی که بیهوده نگفتند

به چندین سال پیش از ما بدین کاررصد بستند و کردند این نمودار

چنین پیغمبری صاحب ولایتکزو پیشینه کردند این ولایت

به خاصه حجتی دارد الهیدهد بر دین او حجت گواهی

ره و رسمی چنین بازی نباشدبر او جای سرافرازی نباشد

اگر بر دین او رغبت کند شاهنماند خار و خاشاکش درین راه

ز باد افراه ایزد رسته گرددبه اقبال ابد پیوسته گردد

بر او نام نکو‌خواهی بمانَدهمان در نسل او شاهی بماند

به شیرین گفت خسرو راست گوییبدین حجت اثر پیداست گویی

ولی ز آنجا که یزدان آفرید استنیاکان مرا ملت پدید است

ره و رسم نیاکان چون گذارمز شاهان گذشته شرم دارم

دلم خواهد ولی بختم نسازدنو آیین آنکه بخت او را نوازد

در آن دوران که دولت رام او بودز مشرق تا به مغرب نام او بود

رسول ما به حجت‌های قاهرنبوت در جهان می‌کرد ظاهر

گهی می‌کرد مه را خرقه‌سازیگهی مه کرد با مه خرقه‌بازی

گهی با سنگ خارا راز می‌گفتگهی سنگش حکایت باز می‌گفت

شکوهش کوه را بنیاد می‌کندبروت خاک را چون باد می‌کند

عطایش گنج را ناچیز می‌کردنسیمش گنج‌بخشی نیز می‌کرد

خلایق را ز دعوت جام می‌دادبه‌هر کشور صلای عام می‌داد

بفرمود از عطا عطری سرشتنبنام هر کسی حرزی نوشتن

حبش را تازه کرد از خط جمالیعجم را بر کشید از نقطه خالی

چو از نقش نجاشی باز پرداختبه مهر نام خسرونامه‌ای ساخت

Gecələr yatmayıb söz deyən kişiDedi: "Belə əydi Xosrovun işi:

Bir gecə ay yerə gümüş tökürdü,Xosrov Mustafanı yuxuda gördü.

Bir ərəb atında, açıq qaşları,Dörd yana düşmüşdü kəmənd saçları.

Yumşaqlıqla dedi: "Ey covmərd, gəl sənİslamı qəbul et, qayıt küfrdən."

"Başımı, - söylədi Xosrov, - kəssələrDönmərəm yolumdan ölənə qədər."

Atlı ona baxdı, bir qədər durdu,Gedəndə Xosrova bir qamçı vurdu.

Xosrov tez ayıldı hövlnak, sərsəm,Bir zülmət göründü gözünə aləm.

Xəstələndi üç ay Xosrov qorxudan.Gecələr yatmadı qəlbdə həyəcan.

Iztirablarından bir gün qızaraqŞirini çağırıb dedi: "Gedək, qalx!

Xəznələri gəzək, görək dövləti,Bəlkə də qəlbimin keçə möhnəti.

Ud, ənbər, cavahir, qumaş və ipək, -Nə var xəznəmizdə bunlardan görək,

Yoxsullara verək cavahirlərdən,Könlümüz şad olsun, ürəyimiz şən."

Bərabər getdilər xəznəyə o gün,Doluydu xəznələr daş-qaşla bütün.

Keyxosrovdan qalma sandıqlar vardı,Onları zəncirlə bağlamışlardı.

Xəznəsi vardı ki, düz qırx otaqlı,Tək biri açıqdı, onusa bağlı.

Gəzib xəznələri əllərində şam.Açıqda olanı gördülər tamam.

Dəftərdən bilinər bağlı olanlar,Deyə əmr etdilər, gəldi xəznədar.

Açarı, yazını verdi o qoçaq,Cavahir yükündən inlədi torpaq.

Şah gizlin xəznəni gördüyü anda,Bütün açarlara baxan zamanda,

Qızıldan balaca bir açar gördü,Rövnəqindən şamtək nur tökülürdü.

Şah soruşdu: "Söylə, qoca xəznədar!Hansı qapınındır bu qızıl açar?"

Qoca gizlin yeri verəndə nişanŞah əmr etdi: "Qazın, olsun qoy əyan!"

Əmri icra oldu, qazıldı torpaq,Orda qart daşlardan göründü bir tağ.

O tağın altında bir mərmər sandıq,Ağzında qıfılı, xalis zər sandıq.

Şahın buyruğuyla onu açdılar,Çıxartdılar çölə içində nə var.

O sandıqdan çıxdı tilsimli gümüş,Qızıl lövhələrlə üstü örtülmüş,

Ağ lövhə üstündə bir qızıl yazı,Anlamaq çətindi belə ecazı.

Onu oxumaqçün gəldi bir qoca,Şah heyrət edirdi o oxuduqca.

Oxudu lövhəni, qurtardı işi,Belə izah verdi o müdrik kişi:

"Ərdəşir Babəkan adlı şah vardı,Müdrik adamlara o şəhriyardı.

Fələyin sirrindən vardı xəbəri,Bilərdi ən çətin bilməcələri.

Bilmişdi bu sirri yeddi ulduzdanKi, dünya dövr edər, gələr bir zaman,

Lövhədəki kimi üzündə vüqar,Ərəb ölkəsindən bir adam çıxar,

Rəftarı xoş, igid, özü sözbilən.Yolu düz, sözü düz, alnıaçıq, şən.

Möcüzlə ulduzlar ona baş əyər,Olur bu dünyada axır peyğəmbər.

Onun şəriəti üstün gələrəkBütün millətlərə yol göstərəcək.

Hər ağıllı ona iman gətirər,Hər kim qarşı çıxsa, ziyan gətirər."

Şahənşah baxınca birdən surətə,Ürəyi titrədi, düşdü heyrətə.

Dedi: "O atlıdır haman bu şəkil,Yuxuma gələndir, başqası deyil."

Şahın bədənində qaynadı qanı.Dəhşətdən az qaldı lap çıxsın canı.

Qasidlərə dedi: "Belə adamıSizdən görən varmı?" Səsləndi hamı:

"Ürəyə göz verən, gözlərə də nur,Bu gördüyün şəkil, əlbəttə, odur.

Məkkəyə gəlincə o pak peyğəmbərMəkkənin torpağı olmuşdur ənbər.

Adı Məhəmməddir, Quran - dəlili,Dünya qıfılına açardır dili."

Padşah o xəznədən pərişan çıxdı,Gördüyü bu tilsim qəlbini sıxdı.

Şahın əhvalını görəndə ŞirinÜrəyi odlandı, ah çəkdi dərin,

Dedi: "Ey ağılda, cürətdə hər anKeyqubad təxtinin bəzəyi olan.

Surəti tilsimdə çəkilmiş o kəs,O yazılmış sözlər deyildir əbəs.

Ağıllı adamlar rəsəd quraraqTapdılar bu işi neçə il qabaq.

Kəramət sahibi, böyük peyğəmbərBu gizli tilsimdə verilmiş xəbər.

Allah tərəfindən var onda höccət,Bu höccət dininə verir şəhadət.

Bu ayin, bu təriq boş şeydir məgər?O böyük nəbiyə kim üstün gələr?

Şah eyləsə onun dininə rəğbət,Çör-çöp belə qalmaz yolunda əlbət!

Qurtarar allahın hər cəzasından,Əbədi iqbala çatar o insan.

Dünyada həmişə yaxşı ad alar,Şahlıq da nəslində əbədi qalar."

Şah dedi Şirinə: "Doğru deyirsən,Onun təsirini hiss edirəm mən.

Ancaq xəlq edəndən yaradan bizi,Babalarım seçib bu dinimizi.

Nə sayaq əl çəkim baba dinindən?Keçmiş padşahlardan utanıram mən.

Ürəyim istəyir, bəxtim olmur yar,Xoşbəxtdir taleyi huşyar olanlar!"

O zaman ki, tale hökmünə ramdı,Məğribdə, Məşriqdə gəzirdi adı.

Bu zaman əlində kəskin dəlillər,Yayırdı dinini bizim peyğəmbər.

Bəzən əbasına sarırdı ayı.Bəzən ortasından yarırdı ayı.

Bəzən dindirirdi yerdən qart daşı.Bəzən daş olurdu onun sirdaşı.

Olmuşdu cəlalı dağlardan yüksək,Adı bürümüşdü cahanı yeltək.

Səxası önündə xəznələr kimi,Xəznə bəxş edirdi onun nəsimi,

İslama dəvətlə xalqa cam verir,Bütün ölkələrə bir peyğam verir.

Əmr etdi ki, düzlük ətri yayılsın,Hər kəsin adına məktub yazılsın.

Xəttiylə bəzəndi həbəş cəmalı.Nöqtəsi olmuşdu əcəmin xalı

Nəcaşi nəqşinə bir gün son verdi.Sonra da Xosrova məktub göndərdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные