Хосров и Ширин, глава 117
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
خداوندی که خلاقالوجود استوجودش تا ابد فیاض جود است
"Varlığı xəlq edən böyük yaradanMəkansızdır, onsuz deyil bir məkan.
قدیمی کهاولش مطلع نداردحکیمی کهآخرش مقطع ندارد
Başlanğıcı yoxdur - elə qədimdir,Nəhayəti yoxdur - elə əzimdir.
تصرف با صفاتش لب بدوزدخرد گر دم زند حالی بسوزد
Bütün mövcudatı yaradan odur.Onun vücudundan yaranıb bu nur.
اگر هر زاهدی کاندر جهانستبه دوزخ در کشد حکمش روانست
Onun tərifindən tikilər dodaq,Ağıl nəfəs çəksə, susar yanaraq.
و گر هر عاصییی کاو هست غمناکفرستد در بهشت، از کیستش باک؟
Cəhənnəmə töksə zahidi bütün,Hökmü dəyişməzdir, buyruğu üstün.
خداوندیش را علت سبب نیستده و گیر از خداوندان عجب نیست
Könlü qəmli olan bir günahkarıBehiştə göndərsə, var ixtiyarı.
به یک پشه کشد پیل افسری رابه موری بر دهد پیغمبری را
Səbəb səbəb deyil allahlığına,Almaq da, vermək də yaraşır ona.
ز سیمرغی بَرَد قلاب کاریدهد پروانهای را قلب داری
Fil taclını edər milçək əsiri,Qarıncaya verər bir peyğəmbəri.
سپاس او را کن ار صاحب سپاسیشناسایی بس آن کاو را شناسی
Simürğü alçaldar: "Yerə en!" deyə,Ordunu tapşırar bir pərvanəyə.
ز هر یادی که بیاو، لب بگردانز هرچ آن نیست او، مذهب بگردان
Odur sitayişin düzgün ünvanı,Tanımaq istəsən, bir onu tanı!
بههر دعوی که بنمایی اله اوستبههر معنی که خواهی پادشاه اوست
Onun adı yoxsa, at o sözləri.Bir yerdə o yoxsa, dön ordan geri.
ز قدرت درگذر قدرت قضا راستتو فرمانرانی و فرمان خدا راست
Allahın yolunda qibləgah odur,Nə mənada olsa, yenə şah odur.
خدایی ناید از مشتی پرستارخدایی را خدا آمد سزاوار
Qüdrət qəzanındır, bunu anla sən,Sən əməl edənsən, tanrı əmr edən.
تو ای عاجز که خسرو نام داریو گر کیخسروی صد جام داری
Allah ola bilməz heç bir pərəstar,Allahlığa yalnız bir Allah yarar.
چو مخلوقی نه آخر مرد خواهی؟ز دست مرگ جان چون برد خواهی؟
Eşit, Xosrov adlı ey aciz bəndə!Yüz camlı Keyxosrov olsan, bil, sən də
که میداند که مشتی خاک محبوس؟چه در سر دارد از نیرنگ و ناموس؟
Məxluqsan, nəhayət, bir gün ölərsən,Yaxa qurtarmazsan ölüm əlindən.
اگر بی مرگ بودی پادشاییبسا دعوی که رفتی در خدایی
Şahlıq qurtarsaydı ölümdən, inan,Çoxu dəm vurardı allahlığından.
مبین در خود که خود بین را بصر نیستخدابین شو که خود دیدن هنر نیست
Kim bilir bir ovuc məhbus torpağınBaşında nələr var hey yığın-yığın...
ز خود بگذر که در قانون مقدارحساب آفرینش هست بسیار
Lovğalanma, xudbin kor dolanır, bil,Rəbbi gör, xudbinlik bir hünər deyil.
زمین از آفرینش هست گردیوز او این ربع مسکون آبخوردی
Sən kimisi çoxdur hesabda, anla,Heçə bərabərsən bu iddianla.
عراق از ربع مسکون است بهریوزان بهره مداین هست شهری
Yaradılışda sən toz bil bu yeri,Düşərgədir onun düz dörddə biri.
در آن شهر آدمی باشد بههر بابتویی زان آدمی یک شخص در خواب
O dörddə birdən də İraq bəhərdir,Burda da Mədain kiçik şəhərdir.
قیاسی باز گیر از راه بینشحد و مقدار خود از آفرینش
O şəhərdə vardır hər cürə adam,Sən o yatmışlardan birisən, ey xam!
ببین تا پیش تعظیم الهیچه دارد آفرینش جز تباهی
Yaranmışlara bax düşüncənlə bir,Gör qədrin nədədir, hüdudun nədir?
به ترکیبی کز این سان پایمال استخداوندی طلب کردن محال است
Allah böyüklüyü qarşısında, bax,Bütün yaranmışlar bir heçdir ancaq.
گواهی ده که عالم را خداییستنه بر جای و نه حاجتمند جاییست
Bu dünya ki, belə puç olacaqdır,Allahlıq istəmək ona nahaqdır.
خدایی کهآدمی را سروری دادمرا بر آدمی پیغمبری داد
Bil dünyanın vardır bir yaradanı -Nə yerə möhtacdır, nə var məkanı.
ز طبع آتش پرستیدن جدا کنبهشت شرع بین دوزخ رها کن
Onun buyruğuyla yüksəldi bəşər,Məni də bəşərə etdi peyğəmbər.
چو طاووسان تماشا کن درین باغچو پروانه رها کن آتشین داغ
Boşla, nə gərəkdir atəşə səcdə,Cəhənnəmi tərk et, bir bax behiştə!
مجوسی را مجس پردود باشدکسی کهآتش کند نمرود باشد
Seyr et tovuzlartək bu gözəl bağı,Tərk et pərvanətək bu odlu dağı.
در آتش ماندهای وین هست ناخوشمسلمان شو مسلم گرد از آتش
Atəşpərəst olma, orda tüstü var,Oda arxalanan Nəmrud sayılar.
چو نامه ختم شد صاحب نوردشبه عنوان محمد ختم کردش
Bu yaxşı deyil ki, odda qalmısan,Oddan qurtarmaqçün sən ol müsəlman."
به دست قاصدی جلد و سبکخیزفرستاد آن وثیقت سوی پرویز
Məktub qurtaranda, məktubu yazanMəhəmməd adını göstərdi ünvan.
چو قاصد عرضه کرد آن نامه نوبجوشید از سیاست خون خسرو
Cəld gedən qasidə verib məktubu,Dedi tez çatdırsın Pərvizə onu.
به هر حرفی کز آن منشور برخواندچو افیون خورده مخمور درماند
Qasid yetirəndə şaha fərmanı,Hirsindən qaynadı Xosrovun qanı.
ز تیزی گشت هر مویش سنانیز گرمی هر رگش آتشفشانی
Yazılmış hər sözdən şah qovrulurdu.Əfyun çəkmiş kimi xumar olurdu.
چو عنوان گاه عالم تاب را دیدتو گفتی سگگزیده آب را دید
Nizətək qalxmışdı hirsdən saçları.Atəş yağdırırdı hər bir damarı.
خطی دید از سواد هیبتانگیزنوشته کز محمد سوی پرویز
Çıxanda nəbinin adı qarşıyaSanki quduz tutmuş rast gəldi suya.
غرور پادشاهی بردش از راهکه گستاخی که یارد با چو من شاه
Gözləri sataşdı bu qorxunc sözə:"Yetsin Məhəmməddən Xosrov Pərvizə."
کهرا زهره که با این احتراممنویسد نام خود بالای نامم
Şahlıq qüruruyla yolundan azdı,Dedi: "Cürət edib kim bunu yazdı?
رخ از سرخی چو آتشگاه خود کردز خشم اندیشه بد کرد و بد کرد
Kimin hünəri var bu qüdrətimləAdımın üstündən ad yazsın belə."
درید آن نامه گردنشکن رانه نامه بلکه نام خویشتن را
Üzü atəşgahdı sanki közərmiş,Hirsdən pis düşündü, gördü çox pis iş.
فرستاده چو دید آن خشمناکیبه رجعت پای خود را کرد خاکی
O boyun sındıran məktubu cırdı,O, məktubu deyil, öz möhrün qırdı.
از آن آتش که آن دود تهی دادچراغ آگهان را آگهی داد
Qasid bu acığı gördüyü zamanTələsdi ki, getsin onun yanından.
ز گرمی آن چراغ گردنافرازدعا را داد چون پروانه پرواز
Görcək tüstüləyir o atəş hədər,Agahlar şamına yetirdi xəbər.
عجم را زان دعا کسری برافتادکلاه از تارک کسری در افتاد
O şam bu xəbərdən qeyzə gələrəkBəd dua uçurtdu pərvanələrtək.
ز معجزهای شرع مصطفاییبر او آشفته گشت آن پادشایی
O duadan sındı Kəsranın tağı,Xosrovun başından düşdü papağı.
سریرش را سپهر از زیر برداشتپسر در کشتنش شمشیر برداشت
Mustafa dininin möcüzəsindənMəhv oldu Pərvizin şahlığı birdən.
بر آمد ناگه از گردون طراقیز ایوانش فرو افتاد طاقی
Taxtını altından götürdü fələk,Oğlu qılınc çəkdi ona düşməntək.
پلی بر دجله ز آهن بود بستهدر آمد سیل و آن پل شد گسسته
Bir gurultu tutdu dərəni, dağı,Xosrov eyvanının dağıldı tağı.
پدید آمد سمومی آتشانگیزنه گلگون ماند بر آخور نه شبدیز
Dəclədə dəmirdən bir körpü vardı,Coşqun sellər gəlib onu apardı.
تبه شد لشگرش در حرب ذیقارعقابش را کبوتر زد به منقار
Qaynar səmum yeli hər yeri aldı,Axırda nə Gülgün, nə Şəbdiz qaldı.
در آمد مردی از در چوب در دستبه خشم آن چون را بگرفت و بشکست
Ziqar davasında sındı qoşunu,Göyərçinlər çaldı ovçu quşunu.
بدو گفتا من آن پولاد دستمکه دینت را بدین خواری شکستم
Bir ağaclı kişi girdi içəri,Ağacı sındırıb qayıtdı geri.
در آن دولت ز معجزهای مختاربسی عبرت چنین آمد پدیدار
Xosrova söylədi: "Polad əlimləDinini sındırıb atıram belə."
تو آن سنگیندلان را بین که دیدندبه تأیید الهی نگرویدند
Böyük Məhəmmədin möcüzəsindənBelə ibrətləri çox oldu görən.
اگر چه شمع دین دودی نداردچو چشم اعمی بود سودی ندارد
Bir çox daşqəlblilər bunları görüb,İmana gəlmədi ibrət götürüb.
هدایت چون بدینسان راند آیتبدان ماندند محروم از عنایت
Din şamı tüstüsüz olsa da, zinhar,Şamın kor gözlərə nə faydası var?
زهی پیغمبری کز بیم و امیدقلم راند بر افریدون و جمشید
Cəmşid, Firiduna bir qələm çəkənBöyük peyğəmbərə əhsən, yüz əhsən!
زهی گردنکشی کز بیم تاجشکشد هر گردنی طوق خراجش
Əhsən o qüdrətə, qorxub tacındanBir qul olur ona hər taclı insan.
زهی ترکی که میر هفت خیل استز ماهی تا به ماه او را طفیل است
O yeddi tayfada gözəl, uludur,Aydan balığadək onun quludur.
زهی بدری که او در خاک خفته استزمین تا آسمان نورش گرفته است
Əhsən belə aya, yatırkən yerdəNuru şəfəq saçır uca göylərdə.
زهی سلطان سواری کهآفرینشز خاک او کشد طغرای بینش
Sirlərə məhrəmdir, ona min əhsən!Əsil söz ondadır qiyamətəcən.
زهی سر خیل سرهنگان اسرارسخن را تا قیامت نوبتیدار
Əhsən o sultana, mətin dayanır,Onun torpağından gözlər nurlanır.
سحرگه پنج نوبت کوفت در خاکشبانگه چار بالش زد بر افلاک
Səhər beş növbəti sancdı o yerə,Axşamsa dörd balınc qoydu göylərə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-117
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Если россыпи слов, что размерной не тешат игройТе, что чтут жемчуга, жемчугами считают порой,
Сокровищница тайн, глава 15Солнце бросило щит, и щитом черной тени земляПала на воду неба, прохладу ночную суля.
Сокровищница тайн, глава 16И наставник высокий, как будто смирял он коня,От узлов девяти был намерен избавить меня.
Сокровищница тайн, глава 17Ветер смел покрывало, что мой прикрывало рассказ.Сердце встретило розу, чей облик — отрада для глаз.