Təklik
Payız göylərinin boz aynasındaUçdu axırıncı durna qatarı.Sıxıntı fəslinin qəm havasındaDindi durnaların son nidaları.
Çinarda tək yarpaq — dənizdə ada,Bir üzü yaşıldı, biri gümüşdü.Düşdü, xəzəllərə qarışdı o da,O da tənhalığa dözmədi, düşdü.
Tək-tənha dolaşıb göyün üzündəTəkliyə dözmədi, günəş də batdı.Onunla şəfəqli bir gündüzün dəBir günlük həyatı axıra çatdı.
Tənhalıq yamandır, gülüm, yamandır,Təklik sınağına sən az çək məni.Sularda qərq elə, tonqalda yandır,Fəqət qoyma yalqız, qoyma tək məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-teklik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Özünü dərk edib duyduğu gündənİnsan taleyini “daşa bağlayıb”.
Bulaq adətiBulağın gözünə daş tıxasan daBaşqa göz tapacaq, axıb gələcək.
Çay daşlarıDaim düşünürəm çay daşlarını:Sabuntək sürüşkən, məxmərtək hamar.
Daş qalağıQədim Fərqanədən azca aralıŞahi-Mərdan adlı kiçik bir kənd var.
Стихи других поэтов · О природе
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
YuxuZindan kimi, qəbir kimi qaranlıq –Bir gecəydi, hər şey, hər kəs yatmışdı.