Getdin,Həsrətinə tapşırdın məni,Tək qala bilməzdim qəmlə, kədərlə.Həsrətin danışdı olub-keçəni,Məni ovundurdu xatirələrlə.

Sənli günlərimi anıb danışdı,Canlandı qarşımda surətin sənin.Mənim əvəzimə yanıb danışdı,Səndən vəfalıymış həsrətin sənin.

Həsrətin sinəmdə illəndi qaldı,Mən ondan alıram sənin ətrini.Həsrətin gözümdə gölləndi qaldı,Yaman istəyirmiş mənim xətrimi.

Onundur ya sənin sinəmdəki dağ?Bəhsə giribsiniz dağ çəkməkdə siz.Həsrətin yaxındır, sən özün uzaq...Gərək yerinizi dəyişəydiniz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке