Ən çox saçlarını xoşlayıram mən,Tökülə çiyninə şəlalə kimi.Ürəyim yanınca içəm ürəkdənTellər axınını piyalə kimi.

Elə bil mənimlə bəhs eləyirsən,Yığıb saçlarını sancaqlayırsan.Şəlalə telləri həbs eləyirsən,Onları dustaqda çox saxlayırsan.

Yalvarış gətirir bir mərhəmətəDünyanın ən zalım hökmdarını.Mən özüm gəlmişəm axı, minnətə,Aç, burax günahsız dustaqlarını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов