Ürəkdən sevirəm muzeyləri mən,Orda tarixi var xalqın, millətin,Odur xəbər verən əzəliyyətdən,Odur aynası da əbədiyyətin.

Baxdım Britaniya muzeylərinə,Dünyaya bəllidir adı, şöhrəti.Sanırdım gələcək gözüm önünəİngilis xalqının milli sərvəti.

Sanırdım ingilis-saksonların daÖz sözü, öz səsi var bu muzeydə.Bir vaxt “adam yeyən qoyunların da”Qəmli tarixçəsi var bu muzeydə.

Mən elə bilirdim...Heyhat!Elə bilBura ya Misirdir, ya Yunanıstan.Elə bil ingilis torpağı deyil,Bura ya İrandır, ya da Hindistan!

Göylərə baş vurur muzeyin tağı,Altında Parfenon – sütunlu məbəd.Onu görmək üçünyunan torpağıBaxır uzaqlardan gözündə həsrət.

Arabir Londona gəlir yunanlar,Qədim Parfenonu görsünlər deyə.Heyrət!Bilet alıb baxırlar onlarÖzləri yaradan bu abidəyə.

Burdadır Ramsesin heykəli, burda.Onun mavzoleyi bu muzeydədir.Bir vaxt hökm etdiyi o qədim yurdaHəsrətdir:Misri də burdan seyr edir.

Baxıram mumyalı cənazələrə,Bura gətirilib Nil sahilindən.Ah, bələdçi ledi, çox nahaq yerəBaşqa cür yozursan bu mənanı sən.

Deyirsən bunları gətirməsəydikHərəsi bir yanda itib-batardı.Deyirsən bunlarçün biz xərc də çəkdik,Hərəsi dollardı, funtdu, dinardı.

Dayan, hansı xalqdır bunları satan,Pula dəyişdirən öz şöhrətini?Varsa, o xalq deyil, sürüdür, inan,Tərk etsin o, insan cəmiyyətini!

Yox, bunlar qarətdir, həqiqi qarət!Hər şeyi çağıraq öz adıyla biz.Alınmaz, satılmaz mənəvi sərvət,Söylə, Taueri satar ingilis?

Hər mumya xalq üçün canlı bir aləm,Odur tarixi də, öz varlığı da.Pambıq da, taxıl da, neft də cəhənnəm,Qarət edibsiniz məzarlığı da!

Burdadır nə qədər şerin, dastanınNadir yazısı da, ilk nüsxəsi də.Burdadır vətənim AzərbaycanınÜç min il əvvəlki xəritəsi də.

Bütün ölkələrdən qarət, qənimətMuzeyi bəzəyən saysız yığında.İngiltərə özü, bu xalq, məmləkətYox olub qarətlər dumanlığında.

Mən getdim Temzanın sahilindəkiKrallar yuvası Tauerə də,Bura gətirilib, qədim ÇindəkiƏn nadir, miniatür bir mənzərə də.

Beş yüz on karatlıq nəhəng brilyant –Neçə şah tacının dəyəri – burda.Daş-qaşdan hörülmüş nadir qrilyand –O qiymət, gözəllik əsəri – burda.

İki yüz nəfərlik qab dəstinə bax,Nimçə-boşqab qızıl, çəngəl-bıçaq zər.Onların səmtinə tuşlanıb ancaqTelekameralar, odlu lülələr.

Polad qapıların, qalın divarınDalında bu sayaq qorunur onlar.Neçə məmləkətin, elin, diyarınBurda sərvəti var, burda varı var.

Çətindir parolsuz girəsən bura,Soldat qarğalar da müdam oyaqdır.Bir nəfər yanaşsa qalın divaraQarğalar hay salıb çığrışacaqdır...

... Zəngin muzeyləri gəzirəm bu gün,Qovur bir-birini anlar, saatlar!Mənə elə gəlir öz vətəniyçünDarıxır bu gəlmə eksponatlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине