Yadımdadır həyətimiz, o daş hovuz,Yay gələndəKönlümüzə sirdaş hovuz,Saysız uşaq oyunundan yorulardıq,Od ələyən gün altında qovrulardıq.Deyərdik ki,İndi bir az sərinləyək.Ördək kimiBaş vurardıq dərinliyə.Gözümüzdə ən sərin su –Bu hovuzdu,Gözümüzdə ən dərin su –Bu hovuzdu.Biz böyüdük...Dar göründü hovuz bizə,Burulğanlı Kürü keçdik üzə-üzə.Çaylar gördükVolqa kimi, Araz kimi,Göy Xəzərdə əl-qol atdıq qəvvas kimi.Okeanlar keçib getdik dərin-dərinİtdi gözdən izi-tozu sahillərin.Hara üzsək

Oldu bizə sirdaş hovuz,Göy səmanı əks eləyəno daş hovuz.O hovuzda açılmışdı əl-qolumuz,O hovuzdan başlamışdı su yolumuz.Təlatümlü ilk dünyamız o hovuzdu.Dərinliyin ilk sirrini bizə açanDördkünc hovuz –dərin dəniz,çay,okean.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов