Stratfordda
...Dedilər gedirsən İngiltərəyə,Gözümün önündə bu zaman mənimNə Temza, nə başı kəsilən kral,Nə qədim Tauer, nə duman, çisək,Nə Şerlok Holmsun macəraları,Nə də ki, lordların məclisi durdu.
Gözümün önündə bu zaman mənimBirinci Şekspir, sonra “Qlobus”,Bir də müəllimim Əli Sultanlı –Mərhum professor gəlib dayandı.
...Qəflətən kəsərdi mühazirəni,Üzünü tutardı bir tələbəyə,Deyərdi:– Mənə bax, qız, mənə bax sən,Gözündə bir şüşə soyuqluğu var.Axı Şekspirdən danışıram mən,Onu ehtirassız dinləmək olmaz.Söhbət Şekspirdən düşübsə əgərGözün ehtirasla alışmalıdır.
...Onun vətəninə gəlmişəm bu gün,mən qibtə edirəm özüm-özümə.Stratford,nə qədər balacasan sən,
Sənə şəhər demək çətindir düzü,Bəlkə də düşməzdin xatirələrəƏrzə Şekspiri bəxş etməsəydin.Bir-iki küçən var, beş-on dalanın,Bu da Şekspirin doğulduğu ev.Hələ bir dahinin eşitmədim mənZəngin saraylarda doğulduğunu.
... Atası yun alıb ip əyirərmiş,Əlcəkmiş, corabmış toxuduğu da.Sanki ehtiyacda dərd çəkmək üçünGəlir yer üzünə bütün şairlər.Neçə yol alınıb-satılıb bu ev,Əldən-ələ keçib əzik pul kimi,Hələ bu beşiyin boyuna bir bax,Demə, yerləşibmiş ona yer şarı!
... Sən də, tut ağacı,Qurumuş ağac,Demək Şekspirin yaşıdısan sən?!Yəqin mənim kimi hələ neçəsiSıxıb dodağını quru gövdənə.Sən dəmir qılafa salınmısan ki,Vüqarla durasan, yıxılmayasan.O səni görübdür,Tutundan yeyib –Bu sevinc yükünü çəkmək asanmı?Dəmir dirəklərin, dəmir qılafınOnun şöhrətinə çatarmı ömrü?Meşələr quruyub odunlaşacaq,Dağlar əriyəcək, düzlənəcəkdir,Yenə yaşayacaq onun şöhrətiAy kimi, gün kimi, ulduzlar kimi.
... Özüdür, arvadı, qızı, yeznəsi“Müqəddəs üçlük”də dəfn olunublar.Kəlisa zənginin laylalarıylaÜç əsr yarımdır yatır burda o.
Məzarın üstdəki qara mərmərəAvətək yazılıb bu iki cümlə:“Eşq olsun qəbrimi qoruyanlara,Lənət sümüyümü tərpədənlərə”.
... Diksinib qalxıram sanki yuxudan,Baxıram yazıya, döyüb gözümü.Bu söz Şekspirin dilindən çıxıb,Yoxsa uydurublar onun adından?İnsanlar şübhəyə düşsün bir az da,Desinlər, Bekonmu, Marlomu, yoxsa...Qovuram beynimdən bu fikirləri,Mən bu xülyalara uya bilmərəm.
... “Hamlet” var, “Maqbet” var, “Otello”vardır.“Riçard” var, “Romeo-Cülyetta” vardır.Gör neçə əsrdir at səyirdir o,Dünyanın min dilli səhnələrində.Başını sındırsın qoy üləmalar,Şekspirşünaslar nə deyir-desin,Mənim hökmüm budur:Bu əsərləriYa Allah yazıbdır,Ya da Şekspir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-stratfordda
Клавиши ← → для перехода, R — случайное стихотворение