Dedin: sevmirəm səni,Bu sözünə inandım.Düşdüm qəm girdabına,Yandım, içimdə yandım.

Səni itirməyimləKainat itdi sandım.Getdin, bu gedişinləSevincim getdi sandım.

İnandım, sevməyirsən...Dost məclisində fəqət.Eşqimdən, taleyimdənBu gün gedəndə söhbət.Deyirlər ki, susmusan,Sözünü saxlamısan.Ancaq hönkürtülərləHıçqırıb ağlamısan...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов