Oğlanlar, evlərdə qızlar böyüyür
Oğlanlar, evlərdə qızlar böyüyür,Sizin gözləriniz baxmasın yana.Məhsəti, Natəvan, Nigar böyüyür,Hər biri layiqdir bir mərd oğlana.
Oğlanlar, evlərdə qızlar böyüyür,Bir ələ dəyməmiş əli qızların.Yanağı laləli bahar böyüyür,Lap üzükdən keçər beli qızların.
Oğlanlar, evlərdə qızlar böyüyür,Qüdrətdən çəkilib rəngi, boyası,Elə bil budaqda nübar böyüyür,Üzündən öpməyib doğma anası.
Oğlanlar, evlərdə qızlar böyüyür,Hələ kəsilməyib şahmar hörüklər,Evlərdə, sədaqət, vüqar böyüyür,Sizi arxasınca çəkib sürüklər.
Oğlanlar, evlərdə böyüyən qızlarİsmət pərdəsindən çıxmayıb hələ,Sınayın, onlarda vəfa, etibarƏskilməz bir gilə, solmaz bir gilə.
Oğlanlar, evlərdə qızlar böyüyür,Kənara, yad yerə çox baxmayın siz.Oğlanlar, evlərdə qızlar böyüyür,Oğlanlar, tələsin gecikərsiniz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-oglanlar-evlerde-qizlar-boyuyur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Araz, Astaraçay axır lal kimi,Onlara çatmırmı sözlərim mənim?
BütövlükYarımçıq bir havanı oxumaq istəyirəm,İstəyirəm yarımçıq bir badəni içəm mən.
Dörd əməliyyatUşaq əldə əlvan şara, göydə uçan qartalaBaxıb həsəd çəkən kimi mənə həsəd çəkirsən.
VurulmuşamVURULMUŞAM ürəyimdən – belə vurğu gözəldir.Qabaq-qənşər dayanmısan, tanıyırsan düşməni.
Стихи других поэтов
Səni kişi bilib dərdimi dedim,Etmədin dərdimə çarə Müsəllim.
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Sayad əmməniOvçusan, gəzirsən dağ damanında,Sən Allah, öldürmə sayadam məni.