Kim deyir ağaclar hissiz, duyğusuz,Kim deyir ağaclar ürəksiz olur?!İnsanın taleyi gəlsə uğursuzAğacın möhnəti birə-yüz olur.

Yazda yarpaqladı qovağım mənim,Başımın üstündə çətrini açdı.Yəqin bildi sənsən qonağım mənim,Dinar yarpaqların ətrini saçdı.

Bir gün dönük çıxdın öz ilqarına,Getdin,sözün qaldı, həsrətin qaldı.Dən düşdü qovağın yarpaqlarına,Xəzan vurmuş kimi soldu, saraldı.

Bir gün özgəsinə verdin könlünü,Sanki günəş söndü, bulaq qurudu.Ağacda qəlbə bax,elə o günüİlk eşqin şahidi qovaq qurudu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов