Taleyimin göylərindəYanan da sən, sönən də sən.Mənə ilkin qəlb açan da,Məndən üzü dönən də sən.

Salammazdı səni bəndəGöydə bulud, yerdə çən də.İndi seyrək görünən də,Aya-günə dönən də sən.

Ürək teli sənə bağlı,Ümid əli sənə bağlı.Keçib getdin qaşqabaqlı —Bu gün də sən, dünən də sən.

Bahar dedin, indi qışdı,Axı, səbir kasam daşdı.O ürəkdi, yoxsa daşdı —Gəzdirirsən sinəndə sən?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе