Saçlar
Aylar, illər, fəsillər qovsa da bir-birini,Tamam aça bilmirik bu həyatın sirrini.Lap biri sən,biri mən, bunu indi tapmışıq —Sən demə, oxunmamış qalın bir kitabmışıq.Yol gedirik səninlə yanaşı nə zamandı,Vaxt oldu səfərimiz illər boyu uzandı.Biz adi yoldaş olduq yaxın qonşular kimi,Bir-birinə hörməti, ehtiramı var kimi,Gözlərin —adi gözlər,Qaşların –adi qaşlar.Kürəyinə tökülən saçların —adi saçlar.Mənimçün adi idi baxışının mənası,Onlardan yoxdu əsla könlümün təmənnası.Adi bir insan idim mən də sənin yanında,
İtmişdik ikimiz də adilik dumanında.Lakin bu gün dəyişdin gözümdə röya kimi,Sən açıldın qarşımda əsrarlı dünya kimi.Kürəyinə tökülən o xurmayı tellərəƏlim dəydi bilmədən –ürək düşdü yellərə.
Sən demə ki, günəşə əl vurmaq olmazmış heç,Dağ selinin önündə tək durmaq olmazmış heç,Qaynar polad ovuca tökülməzmiş sən demə.Qılınc əllə qanrılıb büküməzmiş sən demə.Sən demə, cərəyantək kül edərmiş qapqaraƏl vuranda çiyninə dağılan o saçlara.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-saclar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Külək əsir... Yağan qarıÇökəklərə doldurur.
Dəniz sakit, hava ilıq, arabirDəniz sakit, hava ilıq, arabirEşidilir bir ürəyin qəm səsi.
İki məktub“...Məni yaman unutmusan, oğlun olandan,Elə onu soruşursan, onu hər zaman.
Yanır dənizdə bir fanarYanır dənizdə bir fanar,Keçir xəzan, gəlir bahar –
Стихи других поэтов
Yaqutdan, yəməndən, ləldən, gövhərdən,Yük tutmayan bu bazara gəlməsin!
Gəlib gedibEy dil, cahana gör neçə kəslər gəlib gedib,Təqrirlə bəyandan əksər gəlib gedib
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.