Gəl, dünyanı gəzək qoşa,Sən mənimçün,Mən səninçün.Bu yollarda dolaq yaşaSən mənimçün,Mən səninçün.

Dağa baxaq, düzə baxaq,Sözsüz belə sözə baxaq,Yalnız bir cüt gözə baxaqSən mənimçün,Mən səninçün.

Yazda dolu bulud olaq,Yayda yaşıl söyüd olaq,Ağır gündə ümid olaqSən mənimçün,Mən səninçün.

Adlayaq əllini. yüzü,Qoy sınasın həyat bizi.Hüfz eləyək eşqimizi,Sən mənimçün, mən səninçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов