Məni sənə bağlayanEşqim, məhəbbətimdir,Yollarında saxlayanSənə sədaqətimdir.

Tutsun ərzi duman, çən,Qar olsun, dözərəm mən.Ürəyimi isidənSənin hərarətindir.

İstəmirəm gül-çiçək,Ömrün yolu daş-kəsək,Hər bəlaya dözəcəkSənin dəyanətindir.

Nədir vəfa, etibar?Söz desəm artıq olar.Mənim bu eşqim ki varSənin əmanətindir.

Ovçumusan, ovmusan?Qovulmusan, qovmusan?Bir parça alovmusan?Yandırdın, ay qız, ay qız!

Əsdi dağlar küləyi,Yerə saldı örpəyi,Bu görkəmdə mələyiAndırdın, ay qız, ay qız!

Aymısan, ulduzmusan?Ürəyimi üzmüsən,Şaxtamısan, buzmusan?Dondurdun, ay qız, ay qız!

Boğdun eşqin səsini —Məhəbbət nəğməsini,Könlümün şüşəsiniSındırdın, ay qız, ay qız!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви