Yarımçıq bir havanı oxumaq istəyirəm,İstəyirəm yarımçıq bir badəni içəm mən.Yarımçıq bir hananı toxumaq istəyirəm,İstəyirəm yarımçıq qalmış yolu keçəm mən.

Neynirəm o yolu ki, gedib birdən dayanaSahilində Arazın, Kürün, Astaraçayın?!Gərək yollar bütöv bir vətən kimi uzana,Lap insansız qoynuna çata ulduzun, ayın.

İstəyirəm diləklər çin olsun, başa çatsın,Nakam arzu görəndə sanki qara geyirəm.Qoy insanı yuxudan bütöv günəş oyatsın,On dörd gecəlik ayın nuruna nur deyirəm.

Yarımçıq xatirələr sanki bir top iynədir,Sancılır xəyalıma, sancılır yaddaşıma.Yarımçıq duyğular da ürəyimi göynədir,Deyirəm, hər nə gəlsə, bütöv gəlsin başıma.

Yarımçıq bir sağlığı deyib çatdıram sona,Sevib vuram axıra yarımçıq məhəbbəti.Amansız hökmdartək tutub salam zindanaYarımçıq azadlığı, yarımçıq səadəti.

Deyirəm öz-özümə mən düşünə-düşünəGərək yarımçıq qalan ömürləri yaşayam.Yarımçıq bəlaların medal taxam döşünə,Yarımçıq talelərin qəm yükünü daşıyam...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов