Araz, Astaraçay axır lal kimi
Araz, Astaraçay axır lal kimi,Onlara çatmırmı sözlərim mənim?Gəzib-dolaşdıqca sahil boyundaPozur bir-birini izlərim mənim!
Dözərəm hər cürə dəhşət önündə,Səfalət, rəzalət, zillət önündə.Bircə bu bitməyən həsrət önündəDözmürəm, titrəyir dizlərim mənim...
Arabir gülsəm də, demə arsızam,Məqam gözləyirəm, demə karsızam!Nə qədər Təbrizsiz, ŞəhriyarsızamGülmür, gülməyəcək gözlərim mənim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-araz-astaracay-axir-lal-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.
“Dilənçi”Qovma, qovma “dilənçinin” xətrinə dəyər,bəxti ona bir ömrü də qısa veribdi.
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,