Mən sənin yanına qışda gəlirdim,Çiçək axtarırdım... Gəzdim hər yanı,Hər tərəf bəyaz qar... Gül-çiçək hanı,Tapıb bir dibçəkdən axır ki, dərdim...

Sonra söylədim ki, baharda sənəBir dəstə bağlaram yaz güllərindən,Budur, yola salıb qarlı qışı mənSənin görüşünə gəlmişəm yenə.

Dəstə bağlamadım... Nəyə gərəkdir,Bax, odur, nərgizlə doludur ləklər,Lalənin ətrini yayır küləklər,Yasəmən, qızılgül ləçək-ləçəkdir.

Əzizim, onları qoparmaq olmaz,Güllərə çöldə bax, dağ döşündə bax,Onlardan mən soraq gətirdim ancaq,Bir əlimdə bahar, bir əlimdə yaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе