Kiçik təkanla da şütüyür qayıq,Mavi bir səhraya baş alırıq biz,Elə bil səmanın qucağındayıq,Uzaqda birləşir üfüqlə dəniz.

Mən avar çəkirəm...Boz darı kimiArabir saçına səpilən sularRəngdən-rəngə düşür mirvari kimi,Yanır, şölələnir, parlayır par-par.

Mən avar çəkirəm...Sənin gözündəSəadət görürəm bu dəniz qədər.Fikrimdə deyirəm bu dəm özüm də:Bəxtiyar varmıdır ikimiz qədər?

Mən avar çəkirəm...Düşünmürəm heçQəflətən oyanar fırtına, boran,Sən mənə desən ki, ümmanları keç,Bu kiçik qayıqla keçərəm, inan.

Ömür dənizində səninlə qoşaYelkənə çevirib məhəbbətimi,Bu kiçik qayıqda vuraram başaƏn uzun –Magellan səyahətini!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе