Dənizin cinayəti
Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sənRuhları cəzb etməyə, sanki, yarandın, əvət!Dalğanda nə şətarət... üzündə nə lətafət!Sahilində bahardan nəşələnən "mələk"lər,Yağdıraraq nəşələr, qüruba ninni söylər.Sinəni zinətlədən yelkənli ağ qayıqlar,Nazənincə bu rəveşlə çöhrəni nurlandırar.Ötür pənbə döşündə qızıl taclı vapurlar.Qəhrəman donanmanın heykəlidir, sanki, var.Ara-sıra ləpələr seyhə kimi daşaraq,Sahili qamçılarla döyər xəfifcə ancaq,Hələ açırsın küçük, talesiz balıqlara,Oynaşır-oynaşırlar, sonra düşərlər tora.Sahildə elektrik sütunların kölgəsi,Qat-qat olur sularda qırmızı qırbac kibi.Səyyahlar ixtiyarsız, durur baxmağa bayğın,Seyrə dalır uzaqdan gələnlər yığın-yığın...Fəqət, ey gecə kibi keçmişi qara dəniz!Bir cinayəti əlan xatırladaq səndə biz;Bu suslu mənzərənlə ağır cinayətin var,Hər kəs unutsa, lakin unutmaz proletar!Bu dənizdə - qəlbimiz təəssüflərlə doldu."Mustafa Sübhi" adlı bir elçimiz yox oldu...O, bir naləli - Şərqin qızıl fırtına quşu,Sarsıtmaq istərdi həp zəncirli quruluşu.Qəlb evimizdə baqi onun məhəbbət izi,Səni görmək odur ki, narahat etdi bizi...Ey önümdə suçundan sallanan qara dərya!
Yaxşı yadında saxla - yaxşı yadında saxla!Xarakteristikanı öz əllərinlə qaraltdın.Onsuz da, var dərdinə dərin bir yara qatdın.O silinməzlə ki, kölgəli sinəndədir,Unutulmaz Sübhiyə ölməz bir nişanədir.O, bir məzar daşıdır, yaşayacaqdır mudam.Ta yaşayan "Sübhi"lər qoparacaqdır qiyam.Onun ayıq fərəhli yüzündəki rəşadət,Bu dənizdə bir zaman qoparacaq qiyamət,Dalğaları savrılıb saflanacaq ki bir gün!İntizar yürəklərə yapılacaq son dügün!
Batum, 18 iyun 1928
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-denizin-cinayeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hörmətli ədibimiz Ə.Haqvərdiyevə*1
SusuzluqPayız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu. Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!" fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.
Vətən yaralarıSəngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox olurlar.Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdıram.
LeylaGözləyən qızlarımız, gəlinlərimiz,*bacılarımız, analarımıza hədiyyə*
Стихи других поэтов · О природе
Könlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamazFeyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,