Məhəbbət yolunda yorulmur ürək,Göyün intəhasız dərinliyinəHazıram şığıyam, baş vuram yenə,Gedəm görünməyən ulduzlaradək.

Min bir rəngə çalan qövsi-qüzehi,Hazıram, göylərdən gətirəm sənə.Hələ yer nəfəsi dəyməyən şehiGətirəm, çiləyəm sıx tellərinə.

Ən iri, ən xırda meteorları,Yazdakı yağışı, qışdakı qarıİstərəm səmadan gətirəm sənə!

Bahar təravətli sərin yelləri,Hələ yaşanmamış xoşbəxt illəriİstərəm indidən yetirəm sənə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе