Bir zamanlar vardı ki,Mərd idin, insan idin.Sözünlə, söhbətinləÜrəyə dərman idin.Gülərdin – gülüşlərinHamını güldürərdi.Baxışların qəlblərinQəmini öldürərdi.Sən zülmətdə qəfildənDoğan günəş kimiydin.Gözün yarıyumuluGüləndə ehtirasla,Sən günahsız uşaqdanSeçilməyirdin əsla.Sən ağılda – ixtiyar,Həvəsdə – bir uşaqdın.Sən riyadan, məkrdən,Yalandan çox uzaqdın.Saymaqla qurtararmı? –Sən beləydin, beləydin.Bircə şeyə yanıram –Kaş o zaman öləydin.Bax, bu xislətinlə sənQalaydın yadımızda.Adın əzbər olaydıDaim dildə, ağızda.Gör necə də dəyişdin,Sanki heç o deyilsən.Sən ikiqat olursanBir rütbəli əyilsə.Gör necə artırmısanSifətinin sayını.Min cilidə girirsənAlmaq üçün payını.Nə əvvəlki hünərin,Nə cürətin qalıbdır,Nə dosta örnək olanTəbiətin qalıbdır.Keçmişdən bir familin,Bir də adın qalıbdır.Tanımayır görənlər,Kim deyir ki, beləydin?Gərək onda öləydin,Ay dost, gərək öləydin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов