Bir yana
Uca-uca dağ başındaYaz bir yana, qış bir yana.Titrəşir ağzım içindəDil bir yana, diş bir yana.
Nə edək, dəlilər, nə edək!Düşmanın bağrını didək!Xan Eyvaza kömək edək!Dörd bir yana, beş bir yana.
Hər nə oldu, mənə oldu,Qaynadı peymanım doldu,Gördün ki, düşmən güc gəldi,Qov bir yana, qaş bir yana.
Koroğlunun yox əlacı,Misirdən gəlir xəracı.Çəkəndə Misri qılıncı,Leş bir yana, baş bir yana!
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-bir-yana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizdən salam olsun Ərəb paşaya
Bizdən salam olsun Ərəb paşaya,Səndən istədiyim bir zənan ola.
Canım usta, mənə bir qılınc qayırCanım usta, mənə bir qılınc qayır,Nə uzun, nə gödək, bir qərar ola.
Dünyada heç igid yoxsul olmasınDünyada heç igid yoxsul olmasın,Yoxsulluq igidə yaman ad olu.
İki kələ bir məclisə varandaİki kələ bir məclisə varanda,O məclisin halı pərişan olu.