Bizdən salam olsun Ərəb paşaya
Bizdən salam olsun Ərəb paşaya,Səndən istədiyim bir zənan ola.Ortalığa heç salmaya acılıq,Dili şirin, özü mehriban ola.
Ər məhəbbətində ola mötəbər,Kərgədan bədənli, ağmaya dilbər.Mərd meydanda bir igidə bərabər,Doğduğu hünərli bir oğlan ola.
Qaşı cəllad ola, kirpiyi almas,Hərdəm arsız-arsız danışıb gülməz.Ərə yalan deyib gap-gilay bilməz,Qonumla, qonşuyla doğru, tən ola.
Koroğluyam, namərd keçməz yanımdan,Mərd kimsəni çox istərəm canımdan.Ondan igid törər, qaçmaz qənimdən,İstər qırğın düşə, yüz min qan ola!
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-ola-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əhməd adlı bir tacirbaşı vardı. Əhməd tacirbaşı həm çox dövlətli idi, həmi də iyid idi.Deyirlər ki, Əhməd tacirə ata-anası uşaqlıqdan yaxşı muğayat olmuşdu.
Qulun qaçmasıEşit quldan!Elə ki, qul Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, birbaş atı sürdü Ələmqulu xanın yanına.
AğcaquzuBəli, qulluğunuza hardan xəbər verim, keçmiş əyyamnan, sabiqəl dövrannan-ustatdar dovrünnən.Koroğlunun çox cavan vaxtıydı. O ki, Hasan paşa atasının gözdərini oydurdu, sonra başlarına nələr gəldi, o hamıya bəllidi...
Pərizad xanımın Çənlibelə gəlməyiBəli, əzizlərim, sizə hardan xavar verəjəm, Ağcaquzudan.O vaxt kı Əsmər qarı Ağcaquzuyu Hasan paşıya təhvil verdi, həmən günnən körpöyü dayalara tafşırdılar.
Стихи других поэтов
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin