Nərə çəkib mən meydana girəndə,Varmı meydanıma gələ pəhlivan?..Tutub kəmərindən çalanda yerəMənim zərbi-dəstim bilə pəhlivan?..

Mənəm şiri-nər tək meydanda gəzən,Xışım ilə düşmanın bağrını əzən,TüIək tərlan kimi havada süzən,Sonra yaxan keçər ələ, pəhlivan!..

Dəmirçioğlu, mən yarağa dolaram,Ac qurd kimi düşman üstə ularam,Qılınc çəksəm leş-leş üstə qalaram,Döndərrəm al qanı selə pəhlivan!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов