Şirin-şirin
Vəhşi maral kimi gəzir səhrada,Ovçu, ov qaçırdın, an, şirin-şirin.Nə buyursan mənim üçün xoş gəlir,Məni ya kölə, ya qul, san şirin-şirin.
Gül üzün görəndə könül şad oldu,Möhnət artdı, dərdim genziyad oldu.Ey pərvana, sənə qismət od oldu,Düşüb ataşlara yan, şirin-şirin.
Sən gedən yollara qurban düzülsün,Gəlin qulluğuna qılman düzülsün.Sən canın bəri bax, bu can üzülsün,Qoy axsın didəmdən qan, şirin-şirin.
Apardı sərimdən əqli-huşumu,Ahu-fəqan eyliyibsən işimi.Zarıncı halınan qoyum başımı,Verim sinən üstə can, şirin-şirin.
Dünyanı yaradan asan yaratdı,Neçə min dərdlərə dərman yaratdı.Aşiqi gözələ qurban yaratdı,Qurbanı qurban et sən, şirin-şirin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-sirin-sirin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kainatda ruzi boldu, hər gələn can dolanır,Yaranmışın qismətini verir sübhan, dolanır!
Al üstən-üstənBaşına döndüyüm telli Şamama,Dərdim çoxdu mənim, al üstən-üstən.
Bir-birQəmər üz, qadanı bu canım alsın,Sallanıb gələndə otağa bir-bir.
DağlarƏzəl xilqətimiz torpaqdan, sudan,Sən bizə atasan, anasan, dağlar.
Стихи других поэтов
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
– Yaman yağış yağır! – Söylədi çoban– Yaman yağış yağır! – Söylədi çoban –Çıxara bilmədim malı örüşə!..