Qağayılar ağlayırdı
O, səssiz ayrılıb yoldaşlarındanTanış xiyabanla sahilə gəldi.Donuq görünürdü dəniz bu zaman,Üfüqlər təmizdi, sular gözəldi.
Ona elə gəldi, mavi sularınÜzündə şüşədən örtüyü vardı.Sahilin qumları un kimi narın,Xət-xətdi, zol-zoldu, damar-damardı.
Dayanıb uzağa baxdı bir müddət,Sonsuzluq önündə oğlan döyükdü.Onu bircə anda bürüdü heyrət,Dedi öz-özünə: dəniz böyükdü!..
O büküb kağızdan gəmi qayırdı,Buraxdı qumluqda dayaz bir yerə.Əsən meh gəmini avarlayırdı,Qovurdu sahildən dərinliklərə.
Qumluqda dayanıb kiçik “kapitan”,Görürdü ağ gəmi hey uzaqlaşır.Elə bilirdi ki, balaca oğlan,Bu kağız üzərək üfüqlər aşır.
Elə bilirdi ki, bu kağız gəmiGedib çatacaqdır sirli sahilə.Uşaq görməsə də həmin aləmi,Onu xəyalında qururdu belə:
... Ulduzlar sayrışır göyün tağında,Ay da bir deyildir – ulduz qədərdir.Günəş də batmayır axşam çağında,Gecə də, gündüz də orda səhərdir.
... Əyir budağını qızıl almalar,Hər fəsil bəhrəli-barlıdır orda.Desən gül açılar, desən qar yağarDəniz dalındakı həmin diyarda.
Uşaq düşünürdü sirli aləmi,Gəmi ləpələrin üstən aşırdı.Uşaq düşünürdü... Sanki bu gəmiOnun arzusuna yaxınlaşırdı.
Hələ qağayılar! Suya qonandaOğlanın gəmisi itirdi birdən.Ayıra bilmirdi uşaq bu andaDəniz quşlarını öz gəmisindən.
Bu zaman qəfildən oyandı külək,Dənizin aynası sındı ortadan.Oğlanın gəmisi ləngərləyərəkGirdabın qoynunda qərq oldu haman.
O sirli aləm də sanki boğuldu,Gəmiylə birlikdə batdı sulara,Kövrəldi, uşağın gözləri doldu,Sanki bütün aləm geyindi qara.
Bəyaz qağayılar bir uşaq kimiHıçqırıb, hönkürüb, çığırışdılar.Qayığı sulardan alacaq kimiHərdən dalğalara qarışırdılar.
Onlar ağlayırdı... Oğlan sanırdıOnun kədərinə şərikdi quşlar.İndi böyüklərtək o inanırdı:Dənizin naqafil tufanı da var!
Uşaq anlayırdı kağız qayıqlarDənizi adlayıb çatmaz mənzilə.Anladı dənizin tufanları var,Zarafat eləmək olmaz dənizlə!
Seyr edib suları yaşlılar sayaq,Döndü asta-asta sahildən geri.Onun qulağına gəlirdi ancaqQağayı səsləri, dalğa səsləri...
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-qagayilar-aglayirdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Nə olurduNə olurdu kor olsaydım, görməsəydim əzəldən,Görməsəydim o doğduğum dərələri, dağları,
Ey həmnişin ki, sən mənə qəmxar olmusanEy həmnişin ki, sən mənə qəmxar olmusan,Zənnim budur rəqibi-məni-zar olmusan.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,