Yüküm
Hikmətindən bağlanıbdı,Dürrə misaldı yüküm.Nə alan var, nə də satan,Cavahir, ləldi yüküm.Hər kim mənlə cəng eyləsə,Eylərəm cəngü cədəl.Dost yolunda can verərəm,Böylə xəyaldı yüküm.
Cəng eyləyən tez eyləsin,Qoy ucaldaq biz avaz.Dayanmışam bu meydandaƏlimdə sədəfli saz.Həm uzağam, həm yaxınam,Həm dərinəm, həm dayaz.Həm şirinəm, həm acıyam,Dəymişdi, kaldı yüküm.
Təvəkkül ol, aşıq Musa,Sığın qadir sübhana.Cuşa gəlib dərya dilim,Dalğalanır hər yana.Qadirbilən igidlərəSərin qurban mərdana.Qadirbilməzlər yanındaÇıx uzaq yoldu yüküm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-yukum-hikmetinden-baglanibdi
Клавиши ← → для перехода, R — случайное стихотворение