Yüküm
Ustadımdan dərs almışam,Mim, əlif, daldı yüküm.Dürrü qumaş çəm etmişəm,Yaşıldı, aldı yüküm.Mətahım eyi mətahdı,Neylim yoxdu bazarı,Əgər söz isbata keçsə,Xeyli iqbaldı yüküm.
Yığılsın mərdanələrMəclisi xoş eyləsin;Mərd gərək mərdin yolundaSərin peşkaş eyləsin.Bu gün saqi məclisidi,İstəyən nuş eyləsin;Abi-kövsərdən götürmüşəm,Eyni zülaldı yüküm.
Həqiqətdən dərsim aldım,Mərifətdən halıyam;Təriqətdən dərs almışam,Şəriəti tanıyam.İsmimdi Aşıq Musa.Şahi-Mərdan quluyam.Xirdarı var sərf eyləsin,Gör nə cəlaldı yüküm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-yukum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
EyləmisənMolla əmi, gecənin bu vaxtındaNə əcəb bizləri yad eyləmisən.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
MənəmMüşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm