A bimürvət, soruşmadın halımı,Artıran möhnəti, məlalı sənsən.O süzgün baxışın alır canımı,Sərəfraz dağların maralı sənsən.

Mail oldum ağ sinənin ağına,Girəydim qoynuna – Cənnət bağına.Əl ataydım Şamamanın tağına,Dağıdan fikrimi xəyalı sənsən.

Musa deyər, mənəm bəxti qaralı,Dərmandı xəstəyə ləblərin balı.Səni sevən neylər dövləti, malı,Malı, mülkü cahü cəlalı sənsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов