Nikola məbədində
Bir gün məbədə getdik,Praqada Nikola məbədinə.Doğrusu, heyrət apardı məni:– Bu ki sal qayalı dağdır, – dedim.Şiş qüllələribuludları doğrayırdı
dilim-dilim.Hər qüllənin üstündə qızıl bir xaç,aşağıda çiyinləri əbalı rahiblər.keşikçilər.Tanıya bilmədiyim daha neçə nəfər...Qapının üstündəsə –qızıl dar ağacından asılmış İsa,başını əyərək sinəsinə,sanki baxmaq belə istəmiriçəri girənlərin çöhrəsinə.İçəridə,böyük şamdanların yanındamüqəddəs ata,çiynində qırmızı məxmərdən əba.Arfa sədaları altındabilmədim, xütbə oxuyurdu,yoxsa dua...Qulaq asan da vardı,tamaşa edən də.Mütərcimlə bir tərəfdəsakitcə dayanıb mən dəbaxırdım,müqəddəs kitabdan qarışıq xətlərləsütunlara köçürülmüş yazılara.Bir dəhansı rəssamınsaömrün bahasına bəzədiyitavana, divara...“Məryəm ana, qucağında körpəsi...”“İsanın yenidən gəlməsi...”“Bir şəkkakın kəsik başı,damcı-damcı axan isti qanı...”“Rahiblərin əlinə düşmüş dinsizinüzündəki iztirabı, həyəcanı...”Daha neçə qəzəbli heykələ,vahiməli şəklə baxdıq...Düzü, dayana bilmədim,kilsədən çıxdıq.Küçə günəşlə dolu,gülə-gülə keçirdi adamlar...Mütərcim nəfəs alıb sinəsi dolu,sonra çevrilib mənədedi:“Bu məbədin iki əsr tarixi var.O zaman ki Avropadaazalırdı etiqad, inam,bunu tikdilər.Özü də əlli il çəkdi tamam,o şəkillər də qəsdən çəkilmişdir elə.Axı kömək etməyirkən nə şirin vədlər,nə də hiylə,keçdi hücuma intiqam, qəzəb, kin.Sığındı məbədəbir ayağı qaçaqda olan din...”Düşündüm, qəribədir həyat.Vədlər üstündə yaranmış etiqadgör nə hala düşür,dünyanı tutmaq istərkənaxırda məbəd küncündə büzüşür.Əgər dağa da söykənsə yalan,dayana bilmir yenə.Həqiqəti dərk edirkən insan,qaytara bilmir onunə dar ağacı,nə də cəlladın baltası.Yaman olur etiqada söykənəndünyanın dağılması...Yəqin Papa da dərk etmiş bunu.Dağ boyda bir məbədlə kəsmək istəmişHəqiqətin yolunu...Fəqət nə oldu aqibəti,İşığa can atan bəşəriyyətibaşqa yolla apardı zaman,Orta əsrlərdən qalan
bu məbəd də dəyişdiəsl mənasını tamam.Bura dəstə-dəstə gəlib,dəstə-dəstə gedən adamnə ziyarət, nə də tövbə edir.Hər şəklə baxdıqcaüzünü çevirib yana,“Necə də dəhşətlidir” deyir.Burdakı hər şeyindi dəyişmiş təsirini.Dünən inam üçün yarananbu gün nifrət doğurur.Ancaq bu binayenə əzəmətlə durur.Kilsə, yə məbəd olsa da adı,nə fərqi var.İndi ona məbəd kimi baxmır adamlar.Bəlkə bu bina neçə əsr də yaşayacaq belə,Axı nəsildən-nəslə qalırsənət əsərləriöz gözəlliyi,öz ölməzliyilə...
Praqa, 1963
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-nikola-mebedinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.