Oğul anasından ayrıla bilməz,Köküylə bağlıdır ağac torpağa.Mənim ana Kürüm, necə oldu bəsSənin sahilindən düşdüm uzağa?

Azmı dinləmişdim laylalar kimiNəğməli yaşılsaç söyüdlərini?Anaya mehriban balalar kimiAzmı dinləmişdim öyüdlərini?

Sənin ləpə dilin necə şirindi,Ağzım dada gəlir onu ananda.Eşqin sularıntək safdı, dərindiBoğulmaq istərdim burulğanında.

Səndən öyrənmişdim etibarı da,Nur kimi içdikcə gur sellərini.Yoxsa peymanımız qaldı yarıda?Tərk etdim göyəmli sahillərini...

Kürüm, Ərzurumdan Muğana kimiAxdın, nə yoruldun, nə də dincəldin.Ordan da vəfalı bir ana kimiOğlunun dalınca Bakıya gəldin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов