Savalanın zirvəsində qar görürəm
Savalanın zirvəsində qar görürəm,Yellər əsir soyuq-soyuq, sərin-sərin.Köhnə qardan tar bağlamış o yerlərinİlk bahara ehtiyacı var, görürəm,Savalanın zirvəsində qar görürəm.
Güneyi də kölgəlidir quzey kimi,Bəli, dağ da tablamazmış həsrətlərə.Nəfəsini xəstə kimi dərə-dərəO inləyir, o sızlayır bir ney kimi,Güneyi də kölgəlidir quzey kimi.
Gah gizlənir, gah da çıxır buludlardan;Seyr edirəm, zirvələri qardı yenə.Camalını bir tutqunluq sardı yenə,Görünmədi, yoxsa onu örtdü duman?Gah gizlənir, gah da çıxır buludlardan.
Seyr edirəm, görməyirəm cəlalını,Qəlb donduran soyuqdanmı küsmüş həyat!Savalanın qarı qat-qat, dərdi qat-qat,O gözləyir qardaşının vüsalını,Seyr edirəm, görməyirəm cəlalını.
Dağ olsan da dözməyirsən bu dərdə sən,De, Savalan, mən bu dərdə necə dözüm?Nə müddətdir baxır sənə həsrət gözüm,Saralıram qardaşımın firqətindən,Dağ olsan da dözməyirsən bu dərdə son.
Sənin başın ağarıbdır, mənim saçım,Ayrılığın meyvəsidir bu qəm-qubar.Deyirlər ki, dərdi olan dərdi duyar:Gəl, Savalan, ürəyimi sənə açım,Sənin başın ağarıbdır, mənim saçım.
Dağlar, düzlər sanki ovcum içindədir,Əl uzatsam, o sahilə çatar, baxın.Torpaq doğma, yerlər tanış, mənzil yaxın,Bəs aranı xəncər kimi kəsən nədir?!Dağlar, düzlər sanki ovcum içindədir.
Öz yurduna uzaqlardan baxan oldum!Əlim çatmır, ünüm yetmir indi sənə.Araz boyu dolaşdıqca dönə-dönəO sahili küləklərdən xəbər aldım,Öz yurduna uzaqlardan baxan oldum!
... Savalanın zirvəsində qar görürəm,Yellər əsir soyuq-soyuq, sərin-sərin,Köhnə qardan tar bağlamış o yerlərinİlk bahara ehtiyacı var, görürəm,Savalanın zirvəsində qar görürəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-savalanin-zirvesinde-qar-gorurem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözləyirsən onu könlündə ümid,Gözlərin yol çəkir həsrətlə yenə,
Sən dedin: – Ay gözəldi!Sən dedin: – Ay gözəldi!Qəmər xoşuna gəldi...
Sevirdim xurmayı hörükləriniSevirdim xurmayı hörüklərini,Deyirdim gəlməsin bir tel zavala.
Telefon budkasının döyülür pəncərəsiTelefon budkasının döyülür pəncərəsi,Əsəbi bir qadının gəlir qəzəbli səsi:
Стихи других поэтов
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Qara heyQul Qaranı:*Əlif-bey içində, hərf arasında,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,