Sevirdim xurmayı hörüklərini,Deyirdim gəlməsin bir tel zavala.Sinənə atardın bəzən birini,Birini salardın çiynindən dala.

Sonra sən onları kəsdirdin...Niyə?Bəzəmək istədin yoxsa hüsnünü?Sandım ki, qayçını sən gözəlliyə,Lap hüsnün özünə vurdun o günü!

Bu gün təsadüfən rast gəldim sənə,Örtmüşdü üzünü qısa saçların.Elə bil əvvəlki gözəlliyinəHüsnü calanmışdı bir ilk baharın.

Nə uzun hörüklər, nə qısa saçlarGözəllik deyildir!Yoxmuş xəbərim...Ölçməkdə, biçməkdə bircə günahkarMənim gözlərimmiş,vurğun gözlərim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов