Qəlbimə qəm dolurduAxşam qaranlığında.Sensiz keçən hər anımDönüb bir il olurduAxşam qaranlığında.

Sanırdım günəş bir dəÇıxmayacaq üfüqdən,Qərq olub gecələrdəQalacağam belə mənAxşam qaranlığında.

Sanırdım dağ yollarıBir də seçilməyəcəkÖmrün uzaq yollarıBir də keçilməyəcəkAxşam qaranlığında.

Bu vaxt çıxdı qarşımaBir cüt qapqara ulduz.Gözləyirdim onlarıYorğun, küskün, yuxusuzAxşam qaranlığında.

İndi qaranlıqlarıMən sanmıram uğursuz,Şölələnir yolumdaBir cüt göz – qapqara göz, –Bir cüt qapqara ulduz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов