Dinlə, rəssam, sözümün hikmətini,Burda kim gizləyəcək heyrətini?Dini-islamə tapındıqca elinSındı fırçan və əlin!

“Şəkli çəkdin – ona can verməlisən,Qəlbinə sən həyəcan verməlisən,Onu hökmünlə danışdırmalısan,Küsdürüb sonra barışdırmalısan,Ağladıb sonra da güldürməlisən!Yaşadıb sonra da öldürməsindən”Belə bir hökmü şəriət verdi,Fırçana bax, belə qiymət verdi.Bunu Allah bacarar – söylədi o,Sənə rəsmi qadağan eylədi o.

Keçdi günlər, sənələr, keçdi zamanRafael sənətini gördü cahan,Rembrandtın adını bildi bəşər,Tək səni din ilə zəncirlədilər.Öldü könlündə Qobustan rəsmi,Bu qədim torpağadastan rəsmi.Nə Füzuli, nə də Vaqif o zaman

Düşmədi bircə kağız parçasına.De, rəvadırmı gözəllik yaradanƏl buxovlarda qala, fırça sına?!İndi zəhmətlə açırsan səhəri:Oxuyub cüngləri, təzkirələriAltı yüz il geri addımlayaraqQanlı-qırğınlı, fəqət doğma, uzaqAləmi bir də görürsən, rəssam!Sənə bir canlı qanaddır ilham.Babamız şair İmadəddini sənƏbədən görməmisən.Sən xəyalən çəkəcəksən deməli?Nə böyükdür əməlin!Çökəcəksən, bilirəm qüdrətini,Çünki dünyaya sənin şöhrətiniNə zamandır ki, tanıtmış fırçan.Qardaşım, bircə ricam var ancaq:Sən Nəsimini çəkərkən elə çəkBaxışından səpələnsin şimşək.Günəşin nurunu doldur gözünə,Kişilik nəqş elə dönməz üzünə.Kişilik – atəşə yansın dönməz!Soyunub buzda uzansın – dönməz!Kişilik – tərsə soyulsun – dönməz!Gözü xəncərlə oyulsun – dönməz!Kişilik – rütbədən ensin – dönməz!Əynində dərdi geyinsin – dönməz!Kişilik – bir tikəsin daldalamaz!Kişilik – söz dedi – udmaz, yalamaz!Kişilik – başladı qoymaz yarıda,Söyləyər qul da mənəm, şah da mənəm.O salar heyrətə allahları da,Söyləyər tanrı da, allah da mənəm!Babamız şair İmadəddini sənQardaşım, bax, bu sayaq çəkməlisən.Rəsmini seyrə dalarkən hər kəs,Donub heyrətdə qalarkən hər kəs,Biri: – Yalnız Qalileydir bu! – desin.Biri israr ilə: – Cordanodur!Tez Nəsimini düşünsün birisi:– Bu odur, – qoy deysin, ancaq bu odur!!!Bu olar şerin al səmasında,Bu olar tanrı iddiasında!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов