Xoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan iləvə rus elçisilə karim həman idi.Bir şəxs idim ki, hər yanə hökmüm rəvan idi,Bəzmim süruri-şerilə rəşki-cinan idi,Dəmlər o dəmlər idi, zaman o zaman idi.Bir kar idi, nə ərz eyləyim, kimya imiş,Rüşvət yemək şikəstə dilə mumiya imiş,Ha deyərdilər İran nizam qəbul eyləməz,qəbul eyləməz boş nəva imiş.Hər bir qələt eyləmişəm boş hava idi,Dəmlər o dəmlər idi, zaman o zaman idi.

Bir yanda elçilər, biri təqdim edir üqabBiri tələsir, biri özünü soxur qabağə,birisi yalvarır, ya biri edir şitab.Bəzi imam Məsqəti istəyir, biri şorab,Firuzə dağı ax nə gözəl pullu kan idi,Dəmlər o dəmlər idi, zaman o zaman idi.

Övqafi-padşahi Xorasan bəs olmadı,Ol qədr səs içində necə bir səs olmadı,Ərdəbil hakimi Saidülmülk ki, Gilan hakimiSərdar mənsur kimi heç kəs olmadı.Bikəslərin mürur ilə əşki rəvan idi,Dəmlər o dəmlər idi, zaman o zaman idi.

Hər bir kəsə nə hökm eylədisə, dedi: bəli!Satdım əgərçi məmləkəti, milləti, vəli.Mən nə bildim ki, axırdayaxamdan yapışacaq bir nəfər Dəli.Ey, ah, ol zaman şüəra şerxan idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Bir daş daş üstə qoymamışam ol diyardə,Nə bir rəməq vücud səğarü kübardə,Əsğər ki, məskən etmiş idi cəhənnəmdə,gorda, nə bilim, kuyi-yardə.Vallah, nə sədr… vasitəyi-inü an idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

“Molla Nəsrəddin”, 22 dekabr 1906, №38

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира