Get dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.Sən görən deyil Ənzəli, Zünuz,Böylə işlərə baxəbər gərək.

Keçdi ol zaman, padşahdınız,Padşah nədir, qibləgahdınız,Həmşərilərə bir Allahdınız,İmdi bəsdi ta, ta yetər gərək.

Bax rəiyyətə, bax gədalarə,Yer-göy ağlıyır hər nidalərə,Güş qılginan bir sədalərəHər yetimə sən ol pədər, gərək.

Baxma əsğərə, hər rizayə sən,Baxma fitnəyə, hər bəlayə sənSən rəiyyətə bircə sayəsən,Söyləmə: mənə simü-zər gərək.

Qoyma ağlasın həmvətənlərin,Gözlə onların xeyrin, həm şərin,Söyləsin mənə millət: – Afərin!Etgilən bina bir əsər, gərək.

Get dolanginan, xamsən hələ,Konsul olmağa çox səfər gərək.Çox da yatmağı etmə məşğələ,Niyyətin olar çun hədər, gərək.

“Molla Nəsrəddin”, 29 dekabr 1906, №39

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Nüma

“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?

1 мин
Təməllüq

Kəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.

2 мин
Qara buludlar

Həmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar.Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin.

2 мин
Bəs nə vaxt?

Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.

2 мин

Стихи других поэтов · Сатира