Qara buludlar
Həmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar.
Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin.
“Vəqt” qəzetində oxudum ki, sultanın şeyxi məşhur Şeyx Əbülhüda – ki, indi bu saat Osmanlıda dustaqdır, – cavan türklərə xəbər verib ki, “əgər məni dustaqxanadan çıxartmasanız, tilsim qüvvətilə məşrutiyyəti pozub, köhnə idarəni qaytararam geri”.
Bu iş xırda iş deyil və bunu səhl saymaq olmaz.
Bu xəbəri qəzetdə oxuyan kimi durdum ayağa və akoşkaya tərəf yeriyib baxdım havaya. Doğrudur, hava hələ açıq idi və günün istisi hələ payızı yada salırdı; amma axşama yavıq bir cür sərin yel başladı əsməyə. Avqust ayının axırlarında çox vaxt belə yeldən sonra hava birdən tutular və qaranlıqlar.
Şeyx Əbdülhüda bir tikə də səhv eləmir: müsəlman məşrutiyyətini pozmaq bir saatlıq işdir. Şeyxin fikrini mən istəyirəm bir tövr xəyalıma gətirəm: Şeyx Əbdülhüda bir gün osmanlılara xəbər verəcək ki, “cavan türklər və cəmi məşrutəçilər babidirlər və qanuni-əsasi xilafi-şəbiətdir”.
Xudanəkərdə ki, şeyxin ağzından bir belə söz çıxa; amma əgər çıxsa, – dəxi məlumdur ki, nə ola bilər və hər kəs mənə cavab versə ki, “heç zad olmaz, yəni şeyx Əbdülhüda belə sözü danışsa da, dəxi Osmanlı işləri geri qayıtmaz”, – onda mən haman adamdan təvəqqə edərəm ki, mənim qabağıma sübut qoysun, təvəqqə edərəm məni başa salsın görək, Təbrizlə İstambulun nədir təfavütü?
Amma zəhrimar olsun bu payız fəsli; qurtarmaq da bilmir, çox uzun olur. Payızdan da sonra qış gəlir; dəxi də qəm artıran. Bahar da ki, Allah bilsin, nə vaxt gələcək…
Lağlağı
“Molla Nəsrəddin”, 25 avqust 1908, №34
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qara-buludlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1. Samavar 4. İstəkan 7. Maşa2. Padnos 5. Nəlbəki 8. Truba
Kişmiş oyunuƏhvalat vaqe olur 1891-ci ildə Gəncə quberniyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu və Mustafa. Bunlardan sinndə böyük Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə.Vəlisoltan (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə?
KamançaFaciə, 1 pərdədə*Məclisdə olanlar
OyunbazlarHəsənov – müəllimAban bəy – qumarbaz
Стихи других поэтов · Сатира
Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Bir rübaidə dörd qələt buraxırBir rübaido dörd qələt buraxır,Barakallah, bizim müsəhhihlər.
Soldumu gülzarın, ey Faiqi-Ne’man pəsərSoldumu gülzarın, ey Faiqi-Neman pəsər,Laleyi-ne’manların oldumu xunincigər,