Soldumu gülzarın, ey Faiqi-Ne’man pəsər
Soldumu gülzarın, ey Faiqi-Neman pəsər,Laleyi-ne’manların oldumu xunincigər,Sinənə dəsti-qəza çəkdimi daği-kədər,Nərgisi-şəhlalərin jaləçəkan oldumu?Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
Söyləmədimmi sənə, rahət otur, heyfsən,Çəkmə bu millət qəmin, çək özünə keyf sən,Xanə deyildir sənin, getməlisən, zeyfsən,Eyləmədin e’tina, qissə həman oldumu?Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
Fayidə verməz, dedim, etdiyin əfğan sənə,Halına yandıqların eyləməz ehsan sənə,Məskən olur aqibət guşeyi-zindan sənə,Guşeyi-zindan sənə iştə məkan oldumu?Şimdi sən mən deyən mətləb əyan oldumu?!2
Mən demədimmi sənə başda otur tac tək,Durma müqabil bəla tirinə amac tək,Istəmə hürriyyəti fə’leyi-möhtac tək3,Balü pərin nagəhan tirə nişan oldumu?Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
Mən demədimmi sənə girmə işə can ilən,Xovf elə, sallaşma çox bəylər ilən, xan ilən,Olmagilən həmrəviş məclisi-Iran ilən,Məclisi-Iranda bir şövkətü şan oldumu?Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
Mən demədimmi sənə həzrəti-zişanları,Eyləmə də’vət əbəs birliyə işanları,Sən ki, yığa bilməsən bunca pərişanları,Məs’əleyi-ittihad həllü bəyan oldumu?Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-soldumu-gulzarin-ey-faiqi-ne-man-peser
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Пусть гибнет земля от бесчисленных бед,Пусть огненной лавой зальется весь свет –
Ay nənə, bir qırmızı saqqal kişi!Ой, мама, с красной бородой старик -Яхши лабазник, не простой старик.
Gavur qızı ("Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!")Поверь, не знаю я, как быть, любезный Насреддин!Она вогнала в хворь меня, жена, гяура дочь.
Təşəkkür ("Mollalar, taleimiz oldu əcəb yar bu gün!")Mollalar, taleimiz oldu əcəb yar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!
Стихи других поэтов · Сатира
Yaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,