Bir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.Amma bircə var idi şəhri-Batum,Qoy nağıl edim bunu axıra çatum.Var idi bu şəhrdə çox iranlı,Amma ciblərində çox idi pulu.Bir gün bunlar yığışdılar bir yerə –Ki, açsınlar əncüməni-xeyriyyə.And içdilər etməsinlər xəyanət,Bir adama tapşırdılar pulları əmanət.Bir gün keçdi, iki gün keçdi gəldi bahar,Amma pullardan olmadı bir xəbər.Nə qədər rəml atdılar, yazdılar dua,Nə qədər gəzib dolandılar, baxdılar kitaba,Amma bilmədilər pullar necə oldu.Bilmədilər pullar öldü, ya qaldı.Bu işləri bilər ancaq bir Allah,Yoxsa bəndə bu işlərə ola bilməz agah.Eybi yoxdu bunlar hamısı keçər.Çünki dünyada hər nə olsa keçib gedər.Hər şey gedər, bircə konsuldan başqa,Gündə polisə ilə oynar çaşka-lojka.Bunu yazdı şair hər kəs oxusun,Hər kəsdə hünər olsa bir belə qafiyə toxusun.

“Molla Nəsrəddin”, 10 mart 1907, №10

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира