İdarədən
Naxçıvan ictimai şura cümhuriyyəti xalq ədliyyə komissarı yoldaşın cavabını burada dərc və öz tərəfimizdən təsdiq edirik ki, cavabın “məhkəmələrdə süründurmə” və “ali təhsil görməyən hakimlər” məsələləri barəsində irad etdiyi qismləri sübutludur və bu barədə idarəmiz də komissar yoldaşa şərikdir.
Və lakin “üzük” məsələsi o surətdə həll oluna bilməz, necə ki, komissar yoldaşın cavabında rəvayət olunur.
Biz yazmırıq ki, üzüyü xalq hakimi özü alıbdır; biz haman 51-ci nömrəmizdə yazmışdıq ki, üzüyü xalq hakiminin arvadı alıbdır.
Söhbət orada deyil ki, nə səbəbə altı abbasıya dəyən üzüyə xalq hakiminin arvadı yüz əlli manat veribdir; gileyimiz oradadır ki, ayda yüz əlli manat maaş alan xalq hakiminin arvadı nə haqla bir üzüyə (dəyərli, ya dəyərsiz üzüyə) yüz əlli manat verir?
Əlbəttə, ola bilər ki, bir məmur – özü, arvadı elə bir varlıdırlar ki, bir üzüyü küçə dəllaləsindən yüz əlli manata almaq onlar üçün güc deyil. Amma bunu lazım gəlir unutmamaq ki, köhnə çürük xan və şahzadə əsrləri ötüb keçibdir və daha qayıtmayacaqdır və daha bundan sonra Xanımcan xanımlar və Bəyimcan xanımlar hamama hazırlaşanda qiymətli zibü-zivərlərini və dəyərli təcəmmül bəzəklərini boyunlarına asıb, hamam boxçalarını cırıq-mırıq kənizlərinin dalına yükləməyəcəklər. İndiki əsrimizdə şura hökumətinin xalq hakimləri və onların arvadları öz şəxsi rəftar və kirdarları ilə gərək camaata ibrət olalar, nəinki yüz əlli manatı bir üzüyə verməklə füqəranın hesabını unudalar.
Lazım gəlir ki, şura məmurlarının arvadları mümkün olan yerdə qadınlar təşkilatında iştirak edələr və qara çarşab içində çürüməkdə olan Şərq qadınlarını dini mövhumatdan xilas etməyə yollar arayalar; amma bunun əvəzində biz nə görürük?
Ədliyyə komissarı yoldaş deyir ki, ədliyyə komissariatı dairəsində elə bir axmaq xalq hakimi tapılmaz ki, altı abbasıya dəyən bir üzüyə yüz əlli manat versin.
Əvvəla: biz yazmışıq ki, üzüyü alan xalq hakiminin arvadıdır. Belə olan surətdə də bizim də dediyimiz budur ki, xalq hakimlərimiz razı olmayalar ki, onların arvadları indiki əsrdə və indiki şərait içində xalqın nəzərində küçə dəllalələrindən yüz əlli manatlıq, bir üzük alalar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 yanvar 1928, № 2
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-idareden-8
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan teleqramı oxusun və mən də hələ bir stəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə.Bəli, haman teleqrafın məzmunu budur:
Köhnə ilAdətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetlər köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirirlər. Bu adətə biz də əməl eləyirik.1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosniya və Hersək vilayətlərini zəbt eləyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb danışdırıb. Həmin 1908-ci ildə İranda Səttar xan baş qaldırıb və gəncəli Məmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin, hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib. Və molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib bir nəfər molla Əliyə verməyi barəsində…
Necə qan ağlamasın daş bu günNecə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!*Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.
QənimətAmma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
Стихи других поэтов
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,