Həqiqət
İstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan teleqramı oxusun və mən də hələ bir stəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə.
Bəli, haman teleqrafın məzmunu budur:
Tehran: “Məcdüddövlə məscidində Şeyx Fəzlüllah ilə həməfkarları xilafi-məşrutiyyət olaraq nümayişlər yapdılar. Vilayət müctəhidlərindən məşrutiyyət ziddinə olan teleqramlar oxunurdu. Məşrutəçiləri kafir deyə elan ediblər. Müctəhidlər şaha ərizə veriblər ki, qanuniəsasi verməsin”.
Budur haman teleqrafın məzmunu.
Oxucularımızdan iki təvəqqəm var:
Əvvəla, bu xəbərin doğru olmasına heç kəs şəkk eləməsin. Hələ Şeyx Fəzlullah və hacı Mirzə Həsən qalsınlar kənarda: məşrutiyyəti xilafi-şəriət hesab eləyən müctəhidlərin qədəri gün-gündən artmaqdadır.
İkinci təvəqqəm oxuculardan budur ki, bu xəbəri ki indi hər kəs oxudu və bildi-gərək fikir eləsin.
Fikir, fikir, fikir!!! Allah-taala insana ağlı ondan ötrü verib ki, fikir eləsin, fikir, fikir!
Əgər bir gün xəbər çıxa ki, xudanəkərdə, bütün İran camaatı dəli olub-mən heç təəccüb eləmənəm, səbəbi budur ki, bir gün Kərbəla və Nəcəfül-əşrəf müctəhidlərindən teleqraf gəlir ki, məşrutiyyət müvafiqi-şəriətdir. Bir gün səni İranın müstəhidlərindən teleqraf gəlir ki, məşrutiyyət xilafi-şəriətdir. Biri belə deyir, o biri elə deyir. Hansına inanım? Vallah, insan dəli ola bilər. O da müctəhiddir, bu da müctəhiddir. Hansına inanım?
Bu gün biri deyir “məşrutiyyət yaxşı şeydir”- məşrutiyyət tərəfdarı oluram, sabah o biri deyir “məşrutiyyət şeytan işidir” istibdad tərəfdarı oluram. Bəs nə eləyim? Vallah, az qalıram dəli-divanə olam.
Yazıq iranlı nə bilsin məşrutiyyət nədir? Avam camaat ağzını açıb göyə, müctəhidlər nə qoysalar ağzına-yeyəcək. Doğrudur, Allah-taala müsəlmana ağıl verib; amma ağlı ancaq məşğuliyyət üçün verib.
Yazıq iranlı onu bilsə ki, məşrutiyyət nədir, dəxi müctəhid davasını kənara qoyub özü öz ağlı ilə ya məşrutəçi olar, ya müstəbid. Amma bir surətdə ki, mən bilmirəm məşrutiyyət nə deməkdir, – dəxi çarəm nədir?
Qədim yunanlar elə bilirlər ki, Siciliya cəzirəsində bir gözlü insan var. Min illərcə avam camaat bu əqidədə qaldı və bir para gözü açıq fikirli adamlar istədilərsə də camaatı inandırsınlar ki, Siciliya əhalisi, yunanlar kimi iki gözlü adamlardır-başa gəlmədi.
İnsanın anadan olmağından beş-altı yüz il qabaq yunanlar yavaşyavaş başladılar Misir tərəfinə səfər eləməyə və ticarət işləri artdıqca bunlar başladılar Asiyaya və sonra İtaliya tərəfinə gedib gəlməyə. Axırda da yunanların yolu düşdü Siciliya cəzirəsinə.
Baha! Bir də gördülər ki, buranın əhalisi özləri kimi ikigözlü insanlardır.
İndi də İranda məşrutiyyət məsələsi. İranlı nə bilsin ki, məşrutiyyət nədir? Və Məhəmmədəli şahın özünü götürək. O da həmçinin. O da baxır müctəhidlərə və Yevropa hökumətləri şah tərəfindən qanuniəsasinin təsdiq olunmağını tələb eləyəndə Məhəmmədəli şah həmişə cavab verir ki, müctəhidlər qoymurlar, çünki məşrutiyyəti şəriətə zidd tapırlar.
Həqiqət dünyada birdir və o həqiqət də budur ki, İranı qarışdıran və bu hala salan müctəhidlərdir.
Hər kəs barmağını alnına qoyub fikir eləsə, bu mətləbi başa düşər: hər kəs eləməsə, başa düşməyəcək, düşməyəcək, düşməyəcək.
Hələ görək şairimiz nə deyir:
Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə tutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam,
Bəlkə illərcə yatanlar bir oyansın, a balam.
Hələlik gəl unudaq filməsəl öz lafımızı,
İddiamızca açaq ayineyi-safımızı,
Alaq ayinəyə qarşı bütün əsnafımızı,
Göstərək onlara insaf üçün insafımızı,
Hər kimin ağı qara isə dayansın, a balam,
Bəlkə illərcə yatanlar bir oyansın, a balam.
Nola bir ləhzəlik olsun ataq əlqabımızı,
Çıxaraq hörməti calib olan əsvabımızı,
Toplayaq bir yerə ədamızı, əhbabımızı,
Məhzəri-nasə qoyaq siyrətü adabımızı,
Hə kimin halı fəna isə usansın, a balam,
Bəlkə illərcə yatanlar bir oyansın, a balam.
Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı,
Xalq tətbiq eləsin halımızı, qalımızı,
Anlasınlar da nolur qayeyi-amalımızı,
Hə kimin qəlbi qara isə utansın, a balam,
Bəlkə illərcə yatanlar bir oyansın, a balam.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 dekabr 1908, №52
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-heqiqet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi.Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir.
“Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlərMay ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.
Yaxşı işin tarixiHər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir.Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir.
Komitə işləri barəsindəİki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.
Стихи других поэтов · Сатира
Əcəb şeydir: yazınızzəif əsərlər – o, sən,
NədarəmAsudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
MüxəmməsçilərMolla dayı, işbu müxəmməsçiler,Yazmadılar şövqə gəlib şeİrlər.