“Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlər
May ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.
Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.
İndi, görək bu az bir müddət içərisində komitə nə etmiş və nə etmək fikrindədir:
Bir çox dəfələr geniş iclaslar qurub nəticədə də “yeni əlifba”nı meydana çıxartmışdır.
30 puta qədər yeni şriftdən Tiflisdə tökdürüb birinci hökumət mətbəəsinə təslim vermişdir.
12000 nüsxə əlifba kitabçası və 15000 də əlifba vərəqəsi çap etdirmişdir.
Bu aşağıda adları göstərilən kitablar yazılıb çapa verilməkdədir: a) “Nə üçün ərəb əlifbası türk dilinə yaramır”, b) “Yeni əlifba ilə türkcə düzgün oxuyub yazmaq qaydaları”, c) “Türkcə kəndi müəllim” (türkcəni qeyri türklərə öyrətmək üçün).
Bunlardan başqa: a) “Əlifbadan sonra qiraət kitabı”, b) “Sərf nəhv” və c) “Yeni hesab kitabı” adlı kitablar da yazılmaqdadır.
Komitə “Yeni yol” adlı həftəlik bir qəzet (2 nömrəsi çıxıb satılmaqdadır və “Gələcək” adlı aylıq bir jurnal da buraxır (mətbəədə çap olunur).
Yeni əlifbanı öyrətmək üçün Bakıda kurslar açılmışdır: a) Üç aylıq kurslara gələn müəllimlər üçün, b) Hərbiyyə məktəbi kursantları üçün, c) Firqə məktəbləri mütəəllimləri üçün, ç) 1-ci hökumət mətbəəsinin türk mürəttibləri üçün, d) Hərbiyyə komissariyyatının savad məktəbləri müəllimləri üçün, e) Xalq Torpaq Komissariatı qulluqçuları üçün və ə) Mədən dairələrində fəhlələr üçün.
Azərbaycanın bütün qəzalarında (ikisindən başqa) və Naxçıvanda komitənin şöbələri açılıb çalışmaqdadırlar.
Azərbaycandan savayı Tiflisdə, İrəvanda, Kazanda, Buxarada, Moskvada, Ənzəlidə nümayəndələrimiz var; komitə sair türk ölkələrində də şöbələr açmaq məqsədindədir.
Belə az bir vaxtın içərisində komitənin gördüyü işlər bunlardır; görəcəyi işlər isə bunlardan daha mühüm və daha ağırdır. Fəqət nə olursa-olsun, komitəmiz getdiyi yoldan dönməyəcək və məqsədinə yetişincə daha böyük bir əzm ilə irəliləyəcək.
“Yeni yol”, 7 oktyabr 1922, № 3
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yeni-elifba-komitesi-nin-gormus-ve-goreceyi-isler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üçüncü nömrəmizdə yazmışdıq ki, Mərv naçalnikinin dəftərxana mütərcimi aşqabaddan gələn tərəqqipərvər cavanlarımızı incidib. İndi mərvlilər yazırlar ki, bu yalandır.Məlum şeydir ki, Mərv əhli işin həqiqətini necə ki, lazımdır, bilir: biz yazdığımız yalandırsa da bilir, doğrudursa da bilir. Amma bu var ki, qeyri yerin oxucuları əhvalatı bilmir və bəlkə də bəzinin fikrinə gələ ki, doğrudan da, biz böhtan yazmışıq və tanımadığımız bir müxbirin sözünə etibar eləyib möhtərəm bir şəxsin barəsində iftira söyləmişik.
Haradadırlar?Haradadırlar rusca yazanlarımız? Necə olublar qələm sahiblərimiz? Hara gizləniblər rus darülfünunlarını qurtarmış cavanlarımız? Niyə onlardan bir səs çıxmır?İndiyə kimi çox vaxt ittifaq düşübdür ki, biz müsəlmanların barəsində cürbəcür böhtanlar rus qəzetlərində yazıblar ki, bizi qeyri millətlərin və dövlətin nəzərində töhmətləndirsinlər. Amma böhtanların iyirmisinə bizlərdən bir dənə də cavab yazılmayıb.
MikroblarElə həmin sözlərdir ki, eşidirik.Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə həmin sözlərdir ki, ha eşidirik; məsələn, hər bir rastımıza gələn qəzeti açıb oxuyaq:
İran işləriİran kimindir?Tutaq ki, sən deyəcəksən “İran İranındır”.
Стихи других поэтов
Не думай о нашем страданье — всему наступит конец.В груди удержи рыданья — слезам наступит конец.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Əcəb oldu, gözəlim, uymadın əğyarlərəƏcəb oldu, gözəlim, uymadın əğyarlərə,Layiq olmaz, gül əgər həmdəm ola xarlərə.