Haradadırlar?
Haradadırlar rusca yazanlarımız? Necə olublar qələm sahiblərimiz? Hara gizləniblər rus darülfünunlarını qurtarmış cavanlarımız? Niyə onlardan bir səs çıxmır?
İndiyə kimi çox vaxt ittifaq düşübdür ki, biz müsəlmanların barəsində cürbəcür böhtanlar rus qəzetlərində yazıblar ki, bizi qeyri millətlərin və dövlətin nəzərində töhmətləndirsinlər. Amma böhtanların iyirmisinə bizlərdən bir dənə də cavab yazılmayıb.
Bədxahlara mərdliklə cavab verən keçən vaxtlarda bircə Əhməd bəy Ağayev olardı; amma “İrşad” çıxandan sonra müşarileyh rusca yazmağa da, məlum ki, dəxi fürsət tapa bilmir.
Niyə rusca oxumuş cavanlarımız hərdənbir qələm götürüb müsəlmanlar barəsində yazılan yalanlara cavab yazmırlar?
Nədir bunun səbəbi?
Deməsinlər “hansı qəzetə cavab yazaq ki, çap eləsin?” Onlar bunu çoxdan bilirlər ki, məsələn, Tiflisdə nəşr olunan və bitərəflikdə şöhrət tapan “Zaqafqazye” qəzeti hər bir millətin doğru və haqq sözünü qəbul edib çap elər. Hətta Peterburq və Moskvada da belə qəzetlər çox var. Kaş yazan olsun!
Niyə yazmırlar?
“Tiflisski listok” qəzetinin yalançı müxbiri “Aşin” imzası ilə guya İstambuldan yazır ki, “Osmanlı sərhəddinə yavıq olan Rusiya müsəlmanları Osmanlı hökumətinin Qafqaza daxil olmağına çox şaddırlar və hətta indidən hazırlaşırlar ki, Osmanlı qoşunlarına qonaqlıq versinlər”. Söz yox, cənab müxbir bunu çox yaxşı bilir ki, məsələn, bütün İrəvan quberniyasında analarımız uşaqlarına acıqlanıb söyəndə deyirlər: “Ay osmanlı oğlu osmanlı”.
Müxbir bunu yaxşı bilir; amma niyə yazmır, bunu da yaxşı bilir.
Əgər müxbir bilsəydi ki, müsəlmanların rusca təlim tapmışları bunun yalanlarını bir-bir rədd eləyib, bunun bicliyini isbat eləyəcək, – əlbəttə, müxbir bu böhtanlarını bu qırmızılıqda yazmazdı.
Amma müxbir bunu çox əcəb bilir ki, müsəlmanlardan səs çıxmayacaq: “Bər nəyayəd zikoştəgan avaz”.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 fevral 1908, №8
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-haradadirlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dunyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəllərindən “Atalar sözü” namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəsturüləməl etsinlər.Atı atın yanında bağlasan – xan görüb deyər: Birini bağışla mənə. Ata malı olan yerdə özün qazandığın haramdır.
Molla Nəsrəddinin teleqramlarıDövlət dumasına baykot (kənar olmaq)Varşava – aprel 13. Polyaklar dövlət dumasını “baykot” edib intixaba qarışmırlar.
Tiflis xəbərləriAprel ayının onunda yaranal Sumbatov şəhərin duma idarəsinə bir belə ərizə verib: Sənə 1860 miladiyyədə Rusiya hökumətinin Tiflisdə əyləşən məmurları müsəlmanlara məhəbbət və iltifat nəzərilə baxıb qərar qoydular ki, Tiflisin cəmi fahişəxanaları müsəlman məhəlləsinə köçsünlər və bu qırx beş ilin müddətində nə qədər ki, Tiflis müsəlmanları elm, maarif, ticarət və mədəniyyət babından tərəqqi tapıblar – bunların hamısına səbəb əvvəl mənəm ki, evlərimi belə iş üçün icarəyə vermişəm və ikinci haman qızlardı ki, mənim evimdə mənim əziz qonaqlarım idilər.Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis müsəlmanları min doqquz yüz doxsan ərizə veriblər ki, hökumət bu qızları müsəlman məhəlləsindən köçürtsün, amma hökumət məhz müsəlmanları səmimi
Çerivanski ilə yoldaşının söhbəti– Yenə nə dərin fikrə gedibsiz? Görünür təzə və xeyirli bir zakon yolu daha tapmaq istəyirsiniz.Çerivanski – Bəli, müsəlmanların adam və abrozovannı olmaları üçün bir neçə yaxşı üsul tapmışam. Məsələn: biri budur ki, birdən ziyadə övrət alan müsəlmanın ixtiyarları əlindən alınsın.
Стихи других поэтов · Сатира
Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Canın çıxsın! ("Canın çıxsın gözündən qanmayaydın!")Canın çıxsın gözündən qanmayaydın!Qanıb da hər işi odlanmayaydın!
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.