Tiflis xəbərləri
Aprel ayının onunda yaranal Sumbatov şəhərin duma idarəsinə bir belə ərizə verib: Sənə 1860 miladiyyədə Rusiya hökumətinin Tiflisdə əyləşən məmurları müsəlmanlara məhəbbət və iltifat nəzərilə baxıb qərar qoydular ki, Tiflisin cəmi fahişəxanaları müsəlman məhəlləsinə köçsünlər və bu qırx beş ilin müddətində nə qədər ki, Tiflis müsəlmanları elm, maarif, ticarət və mədəniyyət babından tərəqqi tapıblar – bunların hamısına səbəb əvvəl mənəm ki, evlərimi belə iş üçün icarəyə vermişəm və ikinci haman qızlardı ki, mənim evimdə mənim əziz qonaqlarım idilər.
Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis müsəlmanları min doqquz yüz doxsan ərizə veriblər ki, hökumət bu qızları müsəlman məhəlləsindən köçürtsün, amma hökumət məhz müsəlmanları səmimi
– qəlbdən istəməklik səbəbindən bu ərizələri doldurub işkaplara ki, Allah-taala özü xəlq etdiyi siçanlar ac qalmasınlar. Çünki xəllaqülaləm cəmi yaratmışlarına bir ruzi borcludur. Noyabr ayının iyirmi üçündə erməni-müsəlman davası düşən kimi mənim əziz qonaqlarım dağıldı hərəsi bir yana. Mənim onlara yazığım gəlmir. Mənim yazığım müsəlmanlara gəlir. Çox sözlərim var, ancaq hamısını bu ərizədə yazmağı rəva görmürəm. Əgər mən bilən duma idarəsi ya ərizə verən müsəlmanlar bilələr, görərlər ki, o gözəl qonaqlarımın bu məhəllədən köçməkləri bir para müsəlmanlar üçün nə mərtəbədə bədbəxtlikdir.
Bu ərizəni duma idarəsinə pişnahad edib artıq-artıq təvəqqe edirəm ki, məhz müsəlmanların məsləhətini nəzərdə tutub fahişəxanaları mənim evlərimə köçürdəsiniz. Ərizəyə qol qoyub: Yaranal D.A.Sumbatov, qeyri-Sumbatov knyazlar və müsəlman cənablarından bir neçə nəfər.
“Molla Nəsrəddin” 14 aprel 1906, №2
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-tiflis-xeberleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.
Məktəbdə çarşab, yaxud çarşabda məktəbSəkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.
Çadra və papaqÇadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.
Kovdanlar“Kovdan” qanmaz adama deyərlər. Bu istilahı mən birinci dəfə Mirzə Fətəli Axundovun kitabında görmüşəm. Orada birisi üzünü bir nəfər bizim azərbaycanlıya tutub deyir: siz qəribə “kovdan adamsınız”.O vaxt mən qəlbən kitab sahibindən bir növ rəncidə xatir oldum; çünki atadan və babadan mən özüm azərbaycanlıyam, onunçün də mənim qeyrətim bir az mıqqıldadı.
Стихи других поэтов · Сатира
Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Deyirsən ki...Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,