Düşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.

Gül başımıza, indi gəlib gör nə zamanlar,Sədr oldu bizə çalmalı, çarqatlı çobanlar,Qaldı dalıda məşdi Kərim, kəblə şabanlar.Sədr olmaq üçün düşdü təmənnaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.

İnsanlığını etsə qadın kənddə isbat,Baxmaz sözünə bir də o nadan qızı, heyhat,Olmaz daha hər gün kulaka siğə o bədzat,Düşməz tora, yazsan iki yüz ayə, qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.

Kənd içrə durub baş-başa boz, ağ, qara saqqal,Qoltuqçu Nəsir, pullu Qədir, yağnalı baqqal,Bunlar nə seçir, nə seçilirmiş, bu nə əhval?Bunlar var ikən düşdülər ortaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.

Heç anlamıram mən, bu nə adət, bu nə bid’ət?Ərlər var ikən arvadı qoysunlar hökumət?Zülm etdi bizə, bolşevikin dininə lə’nət.Onları görüb çıxdıla dünyaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира