Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.

Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.

Nəfta — (Qafiləyə)
Bu qafilə yüklənib nə yerdən?
Etmiş nə üçün bu yerdə məskən?
Kimsiz, nəçisiz, sizə nə lazım?
Bu qafilə hansı səmtə azim?

Malik — (İrəli gəlir)
Misrə gedəcək bu karvanım,
Yox sizlərə burda bir ziyanım.
Xalqım azacıq yorulduğundan
Rahatlanırıq bu yerdə əl’an.

Nəfta — Eyb eyləmə, məqsəd oldu zahir,
Xoşdur bizə siz kimi müsafir.
Tacirlər əgər edərsə məqbul,
Satmaq dilərik bu yerdə bir qul.

Malik — (Heyrətli)
Quldurmu deyin, bu incə surət?
Zibalığı məndə doğdu heyrət.
Etmişmi xəta bu dilbər insan?
Bağlandığına səbəb nə nöqsan?

Yusif — Yox xarüqüladə bir təsadüf,
Heyrət yeri yox gər olsan arif.
Hər kimsə rəyasət axtarırkən,
Bir şəxsə sitəm qılar müəyyən!
Məncə qurulușdadır bu təqsir,
Heyrət verəcək deyil bu təhqir.

Malik — Sən bir köləsən vücudun üryan,
Zülfün dağınıq, saçın pərişan.
Heyrətdə qoyur məni məqalın,
Bilməm nəçisən, nədir xəyalın?
Bir iş duyamam bu sözlərindən,
Bir şübhə oyandı gözlərindən.

Nəfta — (Yusifi vurub susdurur)
Dünyada bu anlamaz qulamın,
Etdikcə riayət ehtiramın,
Olmaz yenə bir ədəbli insan,
Hər fikri, xəyalı qaçmaq, üsyan.

Cad — Dünyaya dəyər bu hüsnü surət,
Lakin buna gülməmiş təbiət.
Əxlaqını pək fəna yaratmış,
Təmkinin alıb, vüqarın atmış.

Şəm’un — Bir gənc isə macərası çoxdur,
Satmaqdan əlavə çarə yoxdur.
Satmaq bunu başqa bir diyarə
Kən’anə qayıtmasın dubarə. Ətrafıma toplanardı zəvvar.
Yüz bülbül önümdə nəğməkirdar.
Məhfuz ili varlığımla gülzar,
Gül ruyimə söyləyirdi əş’ar.
Hər kəs mənə bənzədərdi yarın,
Məhbubi idim bütün diyarın.
Bir mətlə’ idim qəsidələrdə,
Namım yazılar nəşidələrdə.
Gülzarda mən də bir gül asa,
Bir qəmli xəzana düşdüm hala.
Dün bir gül idim, bu günsə soldum,
Gül yarpağıdək xəzankəş oldum.
Yox məndə dəxi keçən məziyyət,
Zira qoyulur libasa qiymət.

Malik — (Xadiminə)
Paltar gətirin bu qul geyinsin,
Misr əhli görəndə rəğbət etsin.

Xadim paltar gətirib Yusifə verir. Yusif paltarları geydiyi vaxt qafilə camaatı onun ətrafına toplanıb oxuyur:

Sən gözəllikdə, sən vəcahətdə,
Az doğulmuş bizim vilayətdə.
Heyf ola tərbiyən deyil kamil,
Surətin dilruba, özün cahil.
Kölələr cahil olsalar səntək,
Ölsə qanı hədər gedər bişək.

Yusif — Güclülər hər nədən qalıb məmnun,
Onu məzluma eyləmiş qanun.
Məncə yox biz deyən qəzavü qədər,
Yaradır hər bir ehtimalı bəşər.

Malik — Yetər artıq bu əski fəlsəfələr,
Sözlərin bir kinayədir yeksər.
Gün çəkilmiş, yaxınlaşır axşam,
Gecə vaxtında burda mən qalmam.
(Karvana) Əmrdir karvan köçüb getsin!
(Yusifə) Düş yola, boş hekayələr bitsin!

Yusif — Acizlər əzilmədən tükənməz,
Zalimlərin ehtirası bitməz.
Bir təhlükədir bu qanlı aləm,
Məhv olmadadır bəşər dəmadəm.
Qanlardan alır bəşər səadət,
Bir kəs yaşamır bu evdə rahət.
Hər kimsə deyil böyük mübariz,
Bir iş yapamaz, dayanmış aciz.
Qan kasəsidir cahan ləbaləb,
Pək qorxuludur bu qanlı məktəb.

Malik — (açıqlı)
Kimdir, de görüm cahanda məs’ul,
Narazılığın nədəndir, ey qul?
Əqlindəmi yoxsa bunca nöqsan?
Həmnövünə tə’n edərmi insan?

Xəfra — Vəqta ki, özün də bir bəşərsən.

Men’es — Söylə nədən ötrü tən’ edərsən?

Ego — İnsanla qıl ülfət, olma bədbin.

Amenoxis — Cəmiyyəti qılma bunca tovhin.

Malik — (Yusifin yaxasını dartır)
Söylə bu nə şikvə, bu nə küsmək?
İnsanların həpsi məncə yekrəng.

Yusif — Yekrəng deyil bəşər, yanılma,
Xülyaya qapılma, səhv qılma! Sən, mən bir hüquqa malik olsaq,
Yekrəng olarız biz onda ancaq.
Mən birçə nəfər əsirü məhkum,
Hər fikirdə, hər əməldə məhrum.
Sən bir ağasan hər işdə hakim,
Məzlum ilə yar olurmu zalim?

Xadim — (Yusifi kənara atır)
Rədd ol buradan, çəkil! Kənar ol!
Hədyan demə, sus da, huşiyar ol!

(Yusifi sürüyüb aparır).

Pərdə düşür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ziyafət

Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım.Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi.

11 мин
Nina və Səttar xanın qadınları

Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.

9 мин
Yeni hücumlar

Qaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:

8 мин
Həsənağanın toyu

Toy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.

8 мин

Стихи других поэтов